Ekvador–Peru müharibəsi

1941-ci il Peru-Ekvador müharibəsi — XX əsrdə PeruEkvador arasında mübahisəli ərazilər üstündə baş vermiş 3 müharibədən birincisi.

1941-ci il Peru-Ekvador müharibəsi
Peru-Ekvador münaqişələri
Tarix 5 iyul 194131 iyul 1941
Yeri Peru-Ekvador sərhədi, Ekvadorun El-Oro, Loxa və Oryente əraziləri
Səbəbi Ərazi mübahisəsi
Nəticəsi Rio-de-Janeyro protokolu, mübahisəli ərazilər Peruya keçdi
Münaqişə tərəfləri

Peru Peru

Ekvador Ekvador

Komandan(lar)

General Eloy Ureta

Polkovnik Luis Rodriqes

Tərəflərin qüvvəsi

15 723 əsgər
11 tank
24 top

5 300 əsgər
8 top

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibənin səbəbi

[redaktə | mənbəni redaktə et]

Amazon çayı hövzəsində yerləşən ərazilər XIX əsrdən başlayaraq Peru və o vaxt kı Böyük Kolumbiya Respublikası dövlətləri arasında mübahisəyə səbəb olmuşdu. 1940-cı ildə sərhədyanı döyüşlər aktivləşdi. Növbəti il Perunun prezidenti Manuel Prado-i-Uqerteçe ekvadorluların Perunun Sarumilya ərazisinə hücum etdiklərini irəli sürərək ordunun Şimal qrupunun döyüş vəziyyətinə gətirilməsini əmr etdi.

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]

5 iyul 1941-ci ildə sərhədyanı döyüşlər açıq müharibəyə çevrildi. Hansı tərəfin ilk atəş açdığına dair mübahisələr indiyədək gedir. Peru ordusu sayca və hərbi texnikasına görə Ekvadoru qat-qat üstələyirdi, belə ki, münaqişənin ilk günlərində ərazidə Perunun 11 500-dən 13 minədək əsgəri, hərbi təyyarələri və yenicə Çexoslovakiyadan alınan tankları var idi. Ekvador tərəfdə isə yalnız 743 əsgər, 93 könüllü və 500 karabiner yerləşdirilmişdi.

5-7 iyul tarixində artilleriya ilə Sarumilyaya zərbələr endirilir. Peru tərəfdən isə aviasiya iştrak edir. 23 iyul tarixində Peru Ekvadorun liman şəhəri olan Puerto-Bolivara tərəf hücuma keçir. Eyni zamanda Peru aviasiyası Uakilyas, Arnilyas, Santa-Roza və Maçala şəhərlərinə aviazərbələr endirir. 27 iyulda Puerto-Bolivar hava-desant əməliyyatı nəticəsində peruluların əlinə keçir. Bu, tarixdə Qərb yarımkürəsində həyata keçirilmiş ilk desant əməliyyatı idi. Əməliyyatda cəmi 30 desantçı iştirak edirdi. 31 iyuldan başlayaraq döyüşlər səngiməyə başlayır.

21 noyabrda Rio-de-Janeyroda tərəflər arasında protokol imzalanır. Protokola əsasən 278 km² ərazi Peruya keçir. Müqavilənin yerinə yetirilməsinin zəmanətçisi kimi Argentina, Braziliya, ABŞÇili müşahidəçi rolunu oynayırdılar. Amma müqavilədə mübahisəli hesab olunan 78 km² ərazi bölünmədi. Bu isə bir müddətdən sonra yeni müharibələr gətirib çıxardı.Bu kanfilikt Pakuişa müharibəsiAlto Senepa müharibəsinə səbəb olur

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]