Ekzotik qayalar

Ekzotik qayalar təbii amillərin – günəşin, yağışküləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir.

Üç qardaş daş kompozisiyası[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də Əlincəçayın sol sahilin­də, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır.

Qoşalaşmış Oğlan-Qız qayası[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də Gilançayın sağ sahilin­də, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır.

“Sfinks” qayası[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin ya­maclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticə­sində yaranmışdır.

Göbələyəbənzər “Parağdaş” qaya qalığı[redaktə | mənbəni redaktə et]

Naxçıvançayın yuxarı axarın­da, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir.

“Gəlinqaya”[redaktə | mənbəni redaktə et]

Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxur­larından təşkil olunmuşdur. 

“Əjdaha” qayası[redaktə | mənbəni redaktə et]

Dağlıq Talışın Coni kəndi ətraflarında təbiətin heç də az ma­raq doğurmayan yaradıcılıq məhsulu. Alt eosenin sanidin tuflarından təşkil olunmuş və qəzəblənmiş əjdahaya heyrətamiz dərəcədə oxşarlığı ilə diqqəti cəlb edir.

Ekzotik “Minarə” qayası[redaktə | mənbəni redaktə et]

Əsas Qızılqaya dağ massivindən qopub ayrılmış aşağı təbaşir dövrünə aid hündürlüyündə mərmərləşmiş əhəngdaşı parçası. Şimal-Şərqi Azərbaycanın Qudyalçay kanyonunun girişində “gözətçi” kimi bitib qalmışdır. Qaya və massiv arasındakı dar yarıq (5 metrə yaxın) bu sahədə çayı drenaj edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.