Elçin Tofiq oğlu Əliyev (18 sentyabr 1967, Bakı) — Azərbaycan memarı, yazıçı, memarlıq üzrə elmlər doktoru (2014), professor, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədr müavini (2012–2017) və üzvü (1994–2017), Respublikaçı Alternativ Partiyasının Siyası Komitəsinin üzvü və Mədəniyyət Komitəsinin sədri.[1][2]
Elçin Əliyev | |
---|---|
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini | |
6 noyabr 2012 – 2017 | |
Sədr | Elbay Qasımzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1967 (57 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | bərpaçı, memar |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Memarlıq |
Elmi dərəcəsi | Memarlıq üzrə elmlər doktoru (1998) |
Elmi adı | Professor |
|
|
Təltifləri | |
elchinaliyev.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə 160 nömrəli orta məktəbdə oxumuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinə daxil olmuş, 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1987-ci ildə Slovak Ali Texniki Məktəbində istehsalat təcrübəsi keçmişdir.
1998-ci ildə "Bakı şəhərinin mərkəzində şəhər mühitinin sosial-məkan quruluşu" mövzusunda memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etdi. 2014-cü ildə Elçin Əliyev "Azərbaycanda müasir interyerin dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2015-ci ildən Elçin Əliyev Qərb Universitetinin professorudur. O, Qərb Universitetinin Dövlət Attestasiya Komissiyasının sədridir.
Elçin Əliyevin müəllifi olduğu iki nəşr: "Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867–1913 illər" və "Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri" Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, "Konstruktivizm dövrü. XX əsrin 1920–1930-cu illərinin Bakı memarlığı", Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.
2004–2005-ci illərdə Bakı şəhərində Katolik Kilsəsinin layihə və inşası ilə bağlı bütün məsələlər üzrə Roma Katolik Kilsəsinin Azərbaycanda səlahiyyətli nümayəndəsi təyin olunmuşdur.
2007-ci ildə Elçin Əliyevin layihəsinə əsasən (memar Paolo Rugeiro ilə birlikdə) Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi inşa edilmişdir.
2011-ci ildə memar Elçin Əliyevin layihəsi əsasında Qəbələ rayonunun Nic kəndində yerləşən "Jotari" kilsəsi yenidən bərpa olunmuşdur.
2014-cü ildə Durbanda keçirilən XXV Dünya Memarlar Konqresində Beynəlxalq Memarlar İttifaqının Gənclərlə İş üzrə Komissiyasının üzvü seçildi.
2016-cı ildə Elçin Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə Heydər Əliyev Fondu və Səməd Qurbanov tərəfindən Cümə məscidi inşa edilmişdir.
Elçin Əliyev 2008-ci ildə Turində keçirilən, 2011 ildə Tokioda keçirilən, 2014 ildə Durbandakeçirilən Ümumdünya Memarlıq Konqresslərinin üzvü olmuşdur.
Elçin Əliyev 1988-ci ildə Ümumittifaq Gənc Memarlar Cəmiyyətinin Zaqafqaziya şöbəsinin sədri seçilmişdir.
O, 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının, 1998-ci ildən Azərbaycan Dizaynerlər Birliyinin, 2018-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü olmuşdur. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.[3] O, 2015-ci ildə ittifaqın Gəncə bölməsinin məsul katibi seçilmişdir.[4]
2016-cı ildə Elçin Əliyev Bakı Memarlıq Klubunun prezidenti seçilib. 2017-ci ildə Elçin Əliyev (yazıçı G. A. Rzayeva ilə birlikdə) "Pəncərə – mədəniyyətə baxış" İntellektual Klubunu təsis edir.
Elçin Əliyev hal-hazırda Beynəlxalq Memarlar İttifaqının Gənclərlə İş üzrə Komissiyasının üzvüdür.
Elçin Əliyev 2021-ci ildən Respublikaçı Alternativ Partiyası üzvüdür. O, partiyanın Siyasi Komitəsinin üzvü və Mədəniyyət Komitəsinin sədridir.[2]
Elçin Əliyev 2024-cü il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə Respublikaçı Alternativ Partiyasının deputatlığa namizədi olmuşdur.[5]