Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda)
Elçin Süleymanov | |
---|---|
azərb. Süleymanov Elçin Bəhman oğlu | |
Doğum tarixi | 22 sentyabr 1973 (51 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Maliyyə |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbərləri | İ.e.d.Prof. Rəhim Rəhimov, İ.e.d.Prof. Əvəz Bayramov |
Mükafatları | "2016-cı ilin alimi" mükafatı (2017) |
Vikianbarda əlaqəli mediafayllar |
Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır.
1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
"Azərbaycan İqtisadiyyatı" Şərq-Qərb nəşriyyatı-2010, 2.nəşr 2016, "Dövlət Maliyyəsi" 2011, 2013, 2015 və türk dilində "Bağımsızlık Sonrası Azerbaycan Ekonomisinin 15 yılı" 2007, ingilis dilində "Economy of Azerbaijan; 25 years of independence 2016", "Beynəlxalq maliyyə təşkilatları və Azərbaycan"2017, Bolqarıstanin Saints Cyril and Methodius University Press tərəfindən "Экономика Азербайджана" 2021 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasının elmi şurasının qərarı ilə nəşr edilən "Azərbaycan iqtisadiyyatı. Makroiqtisadi Analiz ". 2021 kitablarının həmmüəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrıfli nəşr) verilən bir dərslik, beş dərs vəsaiti və on fənn proqramı və 16 kitabın həmmüəllifidir. Müxtəlif beynəlxalq elmi jurnallarda və xarici ölkələrdə keçirilən beynəlxalq konfransların nəşrlərində iki yüzdən çox elmi məqalə və tezisləri çap edilmişdir.
Academic Journal of Economic Studies , Social and Human Sciences, World Academy of Science, Engineering and Technology və World Research Journal of Financial Economics and Stochastics, Journal of Management, Economics and Industrial Organization (JOMEINO) və digər ona yaxın beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. Harvard University, Korea University, Chicago Booth, European Corporate Governance Institute və Stanford Law School tərəfindən qurulan və dünyanın ən məşhur tədqiqat mərkəzi olan SSRN reytinqinə görə ictimai elmlər üzrə tədqiqatçılar arasında "Top 30 000 tədqiqatçı" içində ilk yerlərdə qərarlaşıb[3]. Bu mərkəzin elmi bazasında yer alan əllidən çox elmi məqaləsi yüklənmə əmsalına görə 300 min tədqiqatçi arasında ilk yerlərdə yer almasına kömək etmişdir. Bu göstəricilərə görə müxtəlif xarici ölkələrdə keçirilən iyirmidən çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir. Həmmuəllifi oldugu 30 məqalə iqtisadiyyat uzrə dunyanın məşhur bazalarından olan EconPaper, RePEc ve University Library of Munich, Germany MPRA Paper bazalarına daxil edilmişdir. Bu bazaların və Rusyanin socionet.ru bazasının reytinqinə görə də ilk sıralarda yer alır.[4][5]
Elçin Süleymanov həmçinin yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu, Researchgate.net, Mendeley, Web of Science Thomson Reuters. Growkudos, ORCID ve Scopus şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir . 2015-ci ildən Academia.edu portalı tərəfindən ekspert huququ verilən azsaylı müəlliflədən biridir. 2014–2015 tədris ilində bir semestr dunyanın ən qədim və reytinqli universitetindən biri olan Niderland Krallığının Groningen Universitetində təlim və tədqiqat məqsədilə elmi ezamiyyətdə olmuşdur. 2018-ci ildə bir semestr ABŞ-də University of Maryland , College Park-da elmi ezamiyyətdə olmuş və College Park, Waşinqton və New Yorkda fəaliyyət göstərən ondan çox universitetdə və Amerika Konqresində bir çox konfrans, seminar və təlimdə iştirak etmişdir. Dos. Elçin Süleymanov iyirmidən çox müxtəlif xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak etmişdir. 2012-ci ildən DİM maliyyə magistratura ixtisası üzrə və Dövlət Qulluğuna Qəbul Üzrə ekspert olmuşdur. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Surveyin ekspertidir və bu qurumların bir neçə nəşrlərində Azərbaycan üzrə hesabatların müəllifi olmuşdur. Yerli televizya kanallarında iki yüzə yaxın müsahibə vermiş və müxtəlif müzakirə proqramlarına ekspert kimi iştirak etmişdir . Eyni zamanda müxtəlif qəzetlərdə üçyüzə yaxın musahibə, ekspert rəyi və yazısı dərc olunmuşdur. "ERASMUS+ K2" proqramı üzrə Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Azərbaycan Rektorlarının Konfransı üçün hüquqi sənədlərin hazırlanması, qanunvericilik sənədlərinin digər Rektorlar Konfranslarının modelləri ilə müqayisəli təhlili, Azərbaycan Rektorlar Konfransının Nizamnaməsi və digər əlaqəli sənədlərin milli tələblərə uyğun olaraq hazırlanmasında iştirak edib. 2023-cü ildə Azərbaycan Rektorlarının Konfransının elmi işlər üzrə komitəsinin sədri seçilib.
Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling , Environmental Science and Pollution Research, Economies , International Journal of Knowledge and Learning , Renewable Energy, Energy Strategy Reviews, The Romanian Statistical Review , Expert Journal of Economics, International Journal Of Social Sciences And Humanity Studies, Academic Journal of Economic Studies kimi impact factorlu jurnallarda nəşr olunmuşdur. Bu jurnallardan bəzilərinin impact faktoru 30-dan yuxarıdır və bu Azərbaycandan ictimai elmlərdə impact faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir. Eyni zamanda dos. Elçin Süleymanov Web of Science və Scopus sisteminə daxil edilən iyirmiyə yaxın elmi jurnalın resenzisti olaraq yüzdən çox məqalənin rəyçisi olmuşdur. Eyni zamanda müxtəlif ölkələrdə nəşr olunan iyirmiyə yaxın elmi jurnalın redaksiya heyətində yer alır.
İngilis, türk, rus, alman dillərini bilir.
16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) "Ən Layiqli Alim – Ə. L. A." məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, ona xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur.
1–3 sentyabr 2021-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında keçirilən VII. Beynəlxalq TURKCESS konqresində konfrans təşkilatçılarının qərarı ilə Türk Dünyası ilə əlaqədar çoxsaylı tədqiqatlarından dolayı "Türk Dünyasına Xidmət Mükafatı" təqdim edilmişdir.
Elçin Süleymanov Şişqayalı Bəhmanın oğludur.