Elçin Zeynalov (idmançı)

Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi[1].

Elçin Zeynalov
Elçin Hidayət oğlu Zeynalov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 1 aprel 1948(1948-04-01) (76 yaş)
Doğum yeri
İdman növü sərbəst güləş
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub.[2]

1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal HəsənovRəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.[2]

Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb.[2]

  • Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı
  • 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni
  • 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
  • 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.[2]
  1. "Olimpiya çempionunun şəxsi məşqçisi 65 illik yubileyini qeyd edir". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.
  2. 1 2 3 4 "Elçin Zeynalov 70 illik yubileyini qeyd edir". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]