Elşən Ağagülov

Elşən Etibar oğlu Ağagülov (1 iyun 1979, Alpan, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Qarabağ" ordeni kovaleri.

Elşən Ağagülov
Şəxsi məlumatlar
Ləqəbi Şimal pələngi
Doğum tarixi 1 iyun 1979(1979-06-01) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1996-cı ildən
Rütbə Polkovnik
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Qarabağ" ordeni — 2020 "Füzulinin azad olunmasına görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Qubadlının azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elşən Ağagülov 1 iyun 1979-cu ildə Quba rayonunun Alpan kəndində anadan olub[1]. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olacağını qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə sənəd verir və həmin il də qəbul olub və 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Elşən Ağagülovun Eldəniz adlı digər qardaşı Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Böyük qardaşı Şəhriyar Ağagülov da Azərbaycan Ordusununun zabitidir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovniki olan Ağagülov Elşən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Ağagülov "Qarabağ" ordeni ilə təltif edildi.[2]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • General-mayor Mais Bərxudarov "Şimal pələngləri"ndən birini necə təbrik etdi?[3]
  • İki qardaş düşmənə ağır zərbə endirdi — Qubadan olan qardaşları siz də tanıyın![4]
  • Elşən Ağagülovun döyüş yolu.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Elşən Ağagülovun döyüş yolu" (az.)). 19.12.2020. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  2. 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 9 dekabr 2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  3. "General-mayor Mayis Bərxudarov "Şimal pələngləri"ndən birini necə təbrik etdi?" (az.)). 02.01.2021. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  4. "İki qardaş düşmənə ağır zərbə endirdi - Qubadan olan qardaşları siz də tanıyın!" (az.)). 22.11.2020. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  5. "Elşən Ağagülovun döyüş yolu" (az.)). 15.12.2020. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.01.2021.