Elşən Qəni — Elşən Soltan oğlu Qəniyev — "Azərbaycan" qəzetinin əməkdaşı, yazıçı-publisist, ssenarist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Elşən Qəni | |
---|---|
Elşən Soltan oğlu Qəniyev | |
Doğum adı | Elşən |
Təxəllüsü | Qəni |
Doğum tarixi | |
Doğum yeri |
Qazyan, Ucar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Rəmzi, Türkay |
Atası | Soltan |
Təhsili | S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti |
İxtisası | Jurnalistika |
Fəaliyyət illəri | 1982–indi |
Elşən Soltan oğlu Qəniyev 25 iyul 1965-ci ildə Ucar rayonunun Qazyan kəndində ziyalı ailəsində anadan olub.
1972 ci ildə Qazyan kənd 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib, 1982-ci ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirib.
1982-ci ildə Qazyan kəndində fəaliyyət göstərən Nizami adına kolxozda kolxozçu kimi ilk əmək fəaliyyətinə başlayıb.
1983-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə (qiyabi) daxil olub.
1984-1986-cı illərdə Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında xidmət edib. Orduda nümunəvi xidmətinə görə o zamankı SSRİ-nin müdafiə nazirliyi tərəfindən “Əla hərbi inşaatçı” döş nişanı, qiymətli hədiyyələr, eləcə də ÜİLKGİ MK-nın laureatı adına layiq görülüb.
1986-cı ildə Sovet ordusundan tərxis olunduqdan sonra Ucar rayonunun “Nizami” kolxozunda komsomol komitəsinin katibi işləyib.
E.S. Qəniyev 1987-ci ilin oktyabr ayından 1991-ci ilin avqust ayına kimi Ucar rayonunda çıxan “Yeni söz” qəzetində Yerli radio verilişlərinin diktoru, Teletaypçı müxbir, kiçik ədəbi işçi, ədəbi işçi, müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
E.S. Qəniyev 1991-ci ilin avqust ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan “Ülfət” qəzetinə işə dəvət olunub və 1994-cü ilin fevral ayına kimi orada müxbir vəzifəsində işləyib.
1994-cü ildən 2000-ci ilə kimi təsərrüfat fəaliyyəti ilə məşğul olub. “Rəmzi” Kəndli fermer təsərrüfatının və “Rəmzi İstehsalat ticarət firması”nın təsisçisi və direktoru olub.
E.S. Qəniyev 2000-ci ildən 2003-cü ilə kimi ”Şirvanın səsi” MMC-ni təsis etməklə eyni adlı regional qəzetin baş redaktoru olub.
2003-cü ildən 2010-cu ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olub.
E.S. Qəniyev 2010-cu ildən 2014-cü ilə kimi Bakı şəhərində yaşamaqla təsisçisi və baş redaktoru olduğu “Demokrat” qəzetində çalışıb.
2014-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərib.
Bu illər ərzində bir sıra mətbuat orqanlarında “Azadlıq hökmü” adlı povesti, “İki tale” hekayəsi, onlarca publisistik məqalələri dərc olunub. “Ağarəhim yaradıcılığının özəllikləri” adlı monoqrafiyası çap olunub.
“Xalqa həsr olunmuş ömür” (2016), “Səngərdə açılan səhər” (2017), “Ruhum sözümdür” (2017), “Qəhrəman Tərtər” (2018), ”Zirvəyə doğru” (2018), “Sumqayıt-Xəyalların gerçəkləşdiyi şəhər” (2018), “Zirvədən zirvəyə” (2018), “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” (2018), ”Vətən üçün yaşanmış ömür” (2019) sənədli filmlərinin müəllifidir.
Ailəlidir, iki övladı var.
Mətbuatda çoxillik səmərəli fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan jurnalistlərinin “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüşdür.