Elşad İskəndərov

Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri[1]; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri[2]; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012[3]-2014[4])

Elşad İskəndərov
31 may 2012 – 2 may 2014
ƏvvəlkiHidayət Orucov
SonrakıMübariz Qurbanlı
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1972(1972-05-21) (52 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır.

Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var[5].

1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir.

1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.

2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.

2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.

2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.

2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir[2].

31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır[3].

11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş[1], 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdır[6]. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır[6].

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.