Elşad Allahverdiyev (27 iyun 1973) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Elşad Allahverdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elşad Allahverdiyev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 176 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1994—2005 |
Məşqçisi | Xosrov Cəfərov |
Elşad Allahverdiyev 1994-cü ildə İtaliyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu.[2] 1995-ci ildə isə Elşad Allahverdiyev İsveçrədə Avropa Çempionatında 11-ci, Birləşmiş Ştatlarda Dünya Çempionatında isə 18-ci pillədə qərarlaşdı.[2]
1996-cı ilin martında Macarıstanda baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Elşad Allahverdiyev həmin ilin iyununda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı.[3] Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[3] Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu.[3] Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.[3]
Olimpiadadan sonra isə Elşad Allahverdiyev 1997-ci ildə Polşada Avropa Çempionatında 6-cı, Rusiyada Dünya Çempionatında isə 15-ci pillənin sahibi oldu.[2] 1998-ci ilin mayında Bratislava şəhərində Avropa Çempionatını 10-cu pillədə başa vuran Elşad Allahverdiyev 1999-cu ildə Avropa Çempionatında 17-ci, Dünya Çempionatında isə 5-ci pillədə qərarlaşdı.[2] Xorvatiyada baş tutan Hərbçilərin Dünya Oyunlarında isə Elşad Allahverdiyev bürünc medalın sahibi oldu.[2]
Daha sonra Elşad Allahverdiyev 2000-ci ilin aprelində Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 10-cu pillədə başa vurdu.[2] Həmin ilin sentyabrında isə Elşad Allahverdiyev Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Dörd il əvvəl olimpiada da mübarizə aparan Elşad Allahverdiyev bu səfər də turnirdə uğursuz nəticə göstərdi.[4] Elşad Allahverdiyev qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Ruslan Xinçaqov ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[4] Növbəti görüşdə onun rəqibi CAR güləşçisi Canni du Tot oldu.[4] Formal əhəmiyyətə sahib olan görüşdə Elşad Allahverdiyev rəqibinə 8:5 hesabı ilə qalib gəlsə də, nəticədə mübarizəsini dayandırdı.[4] Ümumi nəticədə Elşad Allahverdiyev olimpiadanı onuncu pillədə başa vurdu.[4]
Olimpiadadan sonra da Elşad Allahverdiyev uğursuz çıxış elədi.[2] 2001-ci ildə Macarıstanda Avropa Çempionatını 4-cü, Bolqarıstanda Dünya Çempionatını isə 12-ci pillədə başa vuran Elşad Allahverdiyev 2002-ci ildə Azərbaycanda Avropa Çempionatında 5-ci, İranda Dünya Çempionatında isə 8-ci pillədə qərarlaşdı.[2] Elşad Allahverdiyev 2005-ci ildə idmanla vidalaşdı.[2]
Avropa Çempionatı | İtaliya | |||
Avropa Çempionatı | İsveçrə | |||
Dünya Çempionatı | ABŞ | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | ABŞ | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Slovakiya | |||
Avropa Çempionatı | Belarus | |||
Hərbçilərin Dünya Oyunları | Xorvatiya | |||
Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Avropa Çempionatı | Macarıstan | |||
Dünya Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Dünya Çempionatı | İran | |||
Avropa Çempionatı | Bolqarıstan |