Elşad Nəsirov (hüquqşünas)

Elşad Haqverdi oğlu Nəsirov (1 iyul 1971, Babacan, Vardenis rayonu) — DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini (2019-indi), BDU Hüquq fakültəsinin dekan müavini (2005–2011). Polkovnik.

Elşad Nəsirov
azərb. Elşad Haqverdi oğlu Nəsirov
Doğum tarixi 1 iyul 1971(1971-07-01) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Haqverdi Nəsirov
Elm sahələri hüquq, hüquqi dövlət, konstitusiya hüququ, bələdiyyə hüququ[d]
İş yerləri
Təhsili
Mükafatları "Hərbi xidmətlərə görə" medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.[1]

1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.

1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.

1998-ci ildən BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2005-ci ildən 2011-ci ilə qədər isə dekan müavini vəzifəsində işləmişdir.[2]

2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.

2019-cu ilin yanvar ayında DTX-nin Heydər Əliyev adına Akademiyasının tədris sahəsində təşkilati-idarəçilik, elmi-metodiki və tədris-tərbiyə prosesinin yüksəldilməsi məqsədilə təcrübəli mütəxəssislərə olan ehtiyacı nəzərə alınaraq DTX rəisinin müvafiq əmri ilə Akademiya rəisinin müavini, aparılmış ştat-struktur dəyişikliklərindən sonra isə Akademiya rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülüb.

6 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.11.2009 tarixli 11/763 saylı əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilmişdir.[4]

29 noyabr 2023-cü ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.[5][6]

Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Konstitusiya hüququ", "Azərbaycanın bələdiyyə hüququ", "Azərbaycanın konstitusiya hüququ" (bakalavr pilləsində), "Seçki hüququ", "Bələdiyyə hüququnun müasir problemləri", "Avropa hüququ" (magistratura pilləsində) fənlərini tədris edir.

11 elmi məqalənin, 2 metodiki göstərişin, 2 dərs vəsaitinin (birgə müəllifliklə), 1 dərsliyin (birgə müəllifliklə) və 1 tədris proqramının müəllifidir.

Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi onun tədqiqat sahəsidir.

  1. Azərbaycanın dövlət və hüququnun əsasları. Dərs vəsaiti. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 438 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov, X. Məmmədov)
  2. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Dərslik. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2005, 379 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov)
  3. Bələdiyyə hüququ (sxemlərdə). Dərs vəsaiti. Bakı: "Qanun" nəşriyyatı, 2008, 156 s. (A. İsmayılov, B. Bədəlov)
  4. Основы информационного права. Учебное пособие. Bakı: "Qanun" nəşriyyatı, 2010, 456 s. (həmmüəllif R. Aslanov)
  5. Конституция Азербайджанской Республики и основы права. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2010, 464 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov)
  6. Административное право. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2012, 576 s. (həmmüəllif R. Aslanov)

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsinin nəzəri və praktiki problemləri, Bakı, 2008,
  • Bələdiyyə hüququ (sxemlərdə), dərs vəsaiti, Bakı, 2008,
  • Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin kütləvi informasiya vasitələri ilə əlaqəsinin əsas istiqamətləri, Bakı, 2007,
  • Konstitusiya hüququ (tədris proqramı), (birgə müəllifliklə), Bakı, 2006,
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə), Bakı, 2005,
  • Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə), Bakı, 2003,
  • Bələdiyyə hüququ (metodik göstərişlər), Bakı, 2003,

Seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 2008, Bakı, Azərbaycan; BDU Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş "Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və ATƏT-in Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsi" mövzusunda konfrans
  • 2007, Bakı, Azərbaycan; BDU və İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı tərəfindən təşkil olunmuş "İnsan hüquqları üzrə Müvəkkilin dövlət orqanları və kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlığı" mövzusunda konfrans
  • 2004, Utrext, Hollandiya; Avropa Hüquq fakültələri Assosiasiyasının "Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiya Komitəsi" tərəfindən təşkil olunmuş "Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiyası və Avropa hüququ təhsili" mövzusunda konfrans
  • 2002, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi" mövzusunda seminar
  • 2002, Tbilisi, Gürcüstan; Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi "Cənubi Qafqaz ölkələrində federalizm və regionalizm perspektivləri" mövzusunda konfrans
  • 2002, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Avropada etno-siyasi münaqişələrin nizama salınmasının hüquqi səciyyəsi" mövzusunda konfrans
  • 2000, Moskva, Rusiya Federasiyası; "İnsan hüquqları, dünya mədəniyyəti – məzmunu və tədris metodları" adlı X Beynəlxalq Sessiya
  • 2000, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası tərəfindən təşkil olunmuş "İnsan hüquqları haqqında Avropa Konvensiyası konstitusion hüquqlarin mənbəyi kimi" movzusunda seminar
  • 2009, Seçki hüququnun prinsipləri seçkilərin demokratikliyinin vacib şərtidir. BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.
  1. "Elşad Haqverdi oğlu Nəsirov". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  2. "Nəsirov Elşad Haqverdi oğlu - Hüquq fakültəsi, baş müəllim, məclis üzvü". Bdu.az. 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
  3. "Elşad Nəsirovun DTX Akademiyasının 25 illiyi ilə bağlı xüsusi müsahibəsi - VİDEO". Aqreqator.az. 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
  4. "Nəsirov Elşad Haqverdi oğlu: DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini" (az.). 2022-01-08. İstifadə tarixi: 2024-08-24.
  5. ""Hərbi xidmətlərə görə" medalı - Nəsirov Elşad Haqverdi oğlu". President.az. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
  6. "DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib" (az.). Bakı. 2023-11-29. İstifadə tarixi: 2024-08-24.