El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu[1]
El-Arslan | |
---|---|
Tacəd-dünya ved-din Əbül-fəth İl-Arslan ibn Atsız | |
| |
1156 – 1172 | |
Əvvəlki | Xarəzmşah Atsız |
Sonrakı | Sultanşah Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Doğum yeri | Köhnə Ürgənc |
Vəfat tarixi | |
Vəfat yeri | Köhnə Ürgənc Türkmənistan |
Atası | Xarəzmşah Atsız |
Həyat yoldaşı | Türkan xatun |
Uşaqları | Sultanşah Mahmud, Əlaəddin Təkiş xan |
Ailəsi | Anuştəkinlilər sülaləsi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur.[2]
Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi. Səlcuq təhdidindən də xilas olan El Arslan, artıq Xarəzmşahlar Dövlətini şəriksiz və tam mənasıyla müstəqil hala gətirmiş oldu.
Böyük Səlcuq Dövləti zəifləmiş, Səlcuq Sultanı Səncər isə olduqca yaşlanmışdı. Hər şeyə baxmayaraq Səncərin varlığı Xarəzmşahların böyüməsinə maneə təşkil edirdi. Xarəzmşahların yüksəlişi yaşlanmış Sultan Səncərin vəfatından sonra mümkün oldu. Səncər 1157-ci ildə vəfat edincə onsuz da zəif düşmüş olan Böyük Səlcuq Dövləti tarix səhnəsindən silindi. Böyük Səlcuqlular Dövlətinin hakimiyyəti altında olan ərazilər, özünü Böyük Səlcuqlular Dövlətinin varisi olaraq görən Xarəzmşahların idarəsi altına girməyə başladı. Əvvəl Şərqi İran bölgəsi və Xarəzm bölgəsinin yaxın ətrafları Xarəzmşahlar Dövlətinin hakimiyyəti altına girdi. Sonrasında hakimiyyəti altına aldığı bölgələrdəki dövlət təşkilatlanmasını və fəth etdiyi bölgələrin hakimiyyətini sağlamlaşdıran Atsız, Xarəzmşahlar Dövlətini dörd başlı bir imperatorluq halına gətirdi. Xarəzmşahlar, artıq tam mənasıyla müstəqil və bölgəsində güclü bir nüfuz olaraq həddi-büluğunu isbat etmiş bir imperatorluq olmuşdu. Atsız, Xarəzmşahlar Dövlətinin sərhədlərini genişləndirərək Tus, Bistam və Damga bölgələrini də hakimiyyəti altına aldı (1170). Atsız, Xarəzmşahların yüksəlişini və güclənməsini təmin etmişdi, ancaq şərqdəki Qarakitayların təhdidi dövlətin daha çox güclənməsinə imkan vermirdi. Qarakitaylara vergi vermək məcburiyyətində qalan və mümkün Qarakitay təhdidinə qarşı narahat olan Atsız, ordu üzərindəki hazırlıqlarını tamamladıqdan sonra, Qarakitaylarla mübarizə aparmağa hazır hala gəlmiş və vergi almaq üçün gələn Qarakitay elçisinə vergi verməyəcəyini bildirərək üstü örtülü şəkildə olsa da, müharibə elan etmişdir. Qarakitaylar, gözlənildiyi kimi hücuma keçərək Nişapura doğru yola çıxdılar. Hərbi gücünün az olması səbəbinə görə Qarakitaylılarla mübarizə aparmağın çətinliyini anlayan Atsız, Qarakitayların hücum edəcəyi yolu su daşqınları ilə bataqlığa çevirmiş, beləliklə Qarakitaylar hücumu yarıda buraxaraq geri dönmək məcburiyyətində qalmışdılar. Atsız, Qarakitayları məğlub edə bilməmişdi, amma yenə də Qarakitay təhdidini bir müddət içində olsa da aradan qaldır bilmişdir. Atsız, bu hadisədən qısa bir müddət sonra vəfat etdi. Atsızın vəfatından səltənət üstündə mübarizələr baş qaldırdı.
İlk əvvəl baş verən hadisələrin orduda bir çaxnaşmaya səbəb olacağını düşündüyü üçün əsgərlərə paylanılan iqtaların və maaşların miqdarını artırmışdır. Daha sonra atası kimi bir siyasət izləyən El-Arslan İraq sultanı ilə xəlifə arasında münasibətləri yoluna qoymağa çalışmışdır. Günümüzdə onun Xəlifəyə göndərdiyi məktubların bir qismi qalmaqdadır. Burada o xəlifəyə müraciət edərək bildirmişdi ki, Mavəraünnəhr və Xorasan ilə münasibətlər çox qarışıqdır və belə bir vəziyyətdə İraq sultanı ilə münasibətləri yoluna qoymaq lazımdır. Bundan başqa biz Xəlifəyə göndərdiyi məktublardan görürük ki, El-Arslan "kafirlər" ilə mübarizə aparmaq üçün hər il müəyyən sayıda qüvvə ilə onların üzərinə hücuma keçirmiş. O, xəlifəyə müraciətində yazıb bildirir : "Biz islam üçün böyük xidmətlər göstəririk".[1] Şübhəsiz ki, bu məktubun göndərilmə səbəbi xəlifə tərəfindən rəsmən tanınmağa nail olmaq idi. Lakin bu məktublar bizə dövlətin idarə etmə siyasətində dinin yerini və hökmdarların idarədəki din anlayışını ifadə etməsi baxımdan diqqətə layiqdir. Bir digər mənbədə göstərilir ki, sultan El-Arslan o zamanlar Müəyyən Aybanın hakimlik etdiyi Xorasanın mərkəzində, Nişapurda öz adına xütbələr oxutdururmuş.[3]
Taxta çıxdığı il ramazan bayramında Mərvə səfər edən Sultan Səncər tərəfindən göndərilən fərman ilə El-Arslanın Xarəzmşahlığı da təsdiq edilmişdir. Lakin ertəsi gün Sultan Səncərin ölümü ilə El-Arslan Xorasanda ümumilikdə Şərqi İranda Səlcuq hakimiyyətinə son vermiş və Şərqi İranın ən qüdrətli hökmdarına çevrilmişdir. Bəhs edilən dövrdə Oğuz üsyanın təsirləri hələ də özünü göstərməkdə davam edirdi. Səncərə tabe olan ərazilərdəki xanədanlıqların hökmdarları öz ərazilərini genişləndirməyə səy göstərirdilər. İraq Səlcuq sultanı Qiyasəddin Məhəmməd nüfuzunu Xorasana qədər duyuracaq bir qüdrəttən məhrum idi. Səncərin ölümü ilə bağlı EL-Arslanın əmri ilə 3 günlük matəm elan edilmişdi. Bundan istifadə edən El-Arslan artıq müstəqil siyasət yeritməyə başladı. Belə ki, Xarəzmşahlar artıq "sultanın bəndəsi" deyil, sadəcə dostu idilər. Atsızn nail olmağa çalışdığı istəyini artıq oğlu sultan El-Arslan gerçəkləşdirmişdi.[4] Bəhs edilən dövrdə Xorasan hakimi Müəyyəd Aybanı dəstəkləyən Atabəy Şəmsəddin Eldəniz Nişapur ətrafındakı fəaliyyətlərinə görə El-Arslanı öz dövləti üçün təhdid olaraq görürdü. Bu səbəblə tərəflər 1167-ci ildə Bistam yaxınlığında qarşı-qarşıya gəlmişdilər. Bu döyüşdən qalib ayrılan isə El-Arslan olmuşdur. Artıq 1167-ci ildə El-Arslanın ordusu bütün Xorasanı öz hakimiyyəti altına alacaq gücdə idi. Nişapuru özünə paytaxt elan edən El-Arslan Tuz, Bistam, Damqan ətrafı əraziləri ələ keçirsə də, Xorasan hakimi Müəyyəd Ayba ilə olan mübarizədə məğlub olmuş və sadəcə Dihistanı əlində saxlaya bilmişdir.[3] Bu tarixlərdə Xarəzmşah El-Arslan özünü Mavəraünnəhr qarluqlarının hamisi elan edərək bölgənin işlərinə müdaxilə etməyə başlamışdı. Hətta Qarluq əmirlərindən Ayaz bəyin ölümündən sonra onun oğlu Şəmsülmülk qaçaraq Xarəzmşahlara sığınmış, El-Arslan da onu müxtəlif hədiyyə və lütflərlə qəbul etmişdir. Öz qızını da Şəmsəlmülk ilə evləndirən El-Arslan onu orduya komandan təyin etmişdir. Buna baxmayaraq Qarluqlar onun Mavəraünnəhrdəki fəaliyyətindən narahat idilər və çox keçmir ki, Xarəzmşahlar üzərinə hücuma keçirlər. Ayyar bəyin komandanlığı altındakı xarəzm ordusu bu döyüşdə məğlub olmuşdular. El-Arslan dövrünün son mühüm hadisəsi Qarakitaylarla olan müharibədir. 1171–1172-ci ildə Xarəzmşahlar Qarakitaylara vergi verməkdən boyun qaçırması nəticəsində onların hücumuna məruz qalmışdır. Xarəzmşahlar hər zaman olduğu kimi bu müharibədə də, meydanı su ilə doldurma taktikası işlətsə də, məğlubiyyətdən xilas ola bilməmişdilər. Nəticə də xəstələnərək paytaxta qayıdan sultan El-Arslan burada da vəfat etmişdir.[3]