Anuştəkin

Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran türkmən hökmdar.

Anuş Təkin Ğarçai
نوشتکین غرچه
Xarəzm hakimi
1077 – 1097
ƏvvəlkiYeni vəzifə
SonrakıQütbəddin Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi
Fəaliyyəti siyasətçi
Uşağı Qütbəddin Məhəmməd
Dini islam

Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl[1], bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.[2]

Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir.[3]

  1. I. Kafesoğlu, Sultan Melikşah devrinde Büyük Selçuklu imparatorloğu, Istanbul, 1953, səh. 20, 145.
  2. Zeki Velidi Togan - Harezm
  3. Iranica - ANŪŠTIGIN ḠARČAʾĪ Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]