El Grafico Argentinada aylıq nəşr edilən idman jurnalıdır.[1] İlk dəfə 1919-cu ilin may ayında nəşr edilən bu dərgi ilk vaxtlarda həftəlik olaraq qəzet formasında çap edilirdi. Lakin sonradan tamamilə idman dərgisinə çevrildi. 2002-ci ildən etibarən isə dərgi aylıq olaraq çap edilməyə başlandı. El Grafico tək Argentinada deyil bütövlükdə Cənubi Amerikada ən çox bəyənilən idman dərgilərindən biridir. Jurnala ləqəb olaraq La Biblia del deporte ("İdmanların Bibliyası") deyilir
El Grafico | |
---|---|
| |
Növ | Aylıq jurnal |
Təsisçi | Revistas Deportivas S.A. |
Təsis tarixi | May 30, 1919 |
Nəşrini dayandırıb | yanvar 2018 |
Ölkə | Argentina |
Qərargah | Buenos-Ayres |
Dil | ispan dili |
ISSN | 0017-291X |
elgrafico.com.ar | |
Vikianbarda əlaqəli mediafayllar |
El Grafico ilk dəfə Konstansio Viqil tərəfindən 1919-cu ilin [2] may ayında nəşr edilmişdir. Viqil Uruqvay vətəndaşı idi və 1918-ci ildə böyük uğurla Atlantida jurnalının əsasını qoymuşdur. Amma 1919-cu ildə tragik həftənin nəticəsi olaraq fəaliyyətləri dəyandırdı və o, öz şəxsi çap məkanını əldə etməyə israrlı oldu. Beləliklə o, El Grafico dərgisinin əsasını qoymuş daha sonra isə uşaqlar üçün "Billiken" jurnalını və 1922-ci ildə qadınlar üçün nəzərdə tutulmuş "Para Ti" nəşrinin yaradıcısı olmuşdur. Dərgilərin baş qərargahı Buenos-Ayres şəhərində yerləşirdi.[3]
El Grafico jurnalı ilk vaxtlarda adına uyğun olaraq ("Qrafik") yalnız şəkil və epiqraflardan ibarət idi və ilk vaxtlarda idman mövzulu jurnal deyildi. Burada bütün mövzularda xəbərlər və tədbirlərin məlumatı əks olunurdu. 1925-ci ildən etibarən isə idman dərgisinə çevrilmişdir.
Jurnalın ən çox satışı həyata keçirilən dövrü 1986 FİFA Dünya Kuboku turniri dövrünə təsadüf edir ki, həmin il keçirilən turnirdə Argentina yığması çempion olmuşdur və nəticədə: 690.998 ədəd satılmışdır. Jurnalın ikinci ən çox satış dövrü isə 1978 FİFA Dünya Kubokuna təsadüf edir ki, həmin vaxtda jurnal 595.924 ədəd satılmışdır. Jurnalın üz qabığında ən çox əks edilən idmançı, 134 dəfə olmaqla Dieqo Armando Maradona olmuşdur. Sonrakı pillələrdə 58 dəfə Daniel Passarella və 54 dəfə Norberto Alonso gəlir.[4]
2002-ci ilin aprel ayınadək jurnal aylıq deyil həftəlik dərc olunurdu.[3]
Jurnalda əsasən futbol mövzusuna geniş yer ayrılsada həmçinin yüngül atletika, reqbi, tennis, boks, basketbol, otüstü hokkey idman növləri üzrədə xəbərlər dərc olunur.