Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir.[3] Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.[4]
- Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur.[4][5][6]
- İsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir.[7]
- 2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir.[8]
- Hermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır. 2013-cü ilin iyul ayında isə Kolumbiya HHQ rəsmiləri İsraildən bir ədəd Hermes 900 sifariş verdiklərini təsdiqləmişdir.[9]
- İsrail HHQ Hermes 900-lərdən ilk dəfə 2014-cü ilin iyul ayında Qəzzada "Qoruyucu Sərhəd" əməliyyatı zamanı istifadə etmişdir.[10]
- 2012-ci ilin yanvar ayında Elbit şirkəti 50 milyon dollar həcmində imzalanan müqavilə qarşılığında adı açıqlanmayan müştəriyə iki ədəd Hermes 900 satdığını bildirmiş və sonradan bu müştərinin Meksika Federal Polisi olduğunu açıqlamışdır.[11]
- 2019-cu ilə qədər İsveçrə Silahlı Qüvvələrinin istifadəsində olan 15 ədəd RUAG Ranger pilotsuz uçuş aparatı 6 ədəd Hermes 900 ilə əvəz ediləcək.[12] İsveçrənin bu PUA-ları ADS 15 adı altında istifadə edəcəyi gözlənilir.
İstinadlar:[1]
- Yükgötürmə qabiliyyəti: 350 kq
- Uzunluğu: 8.3 m
- Qanad uzunluğu: 15m
- Boş çəkisi: 1100 kq
- Yük ilə birlikdə qalxma ağırlığı: 7560 kq
- Motor: 1 ədəd Rotax 914