Eldar Əhədov

Əhədov Eldar Əlixas oğlu (rus. Ахадов Эльдар Алихас оглы; 19 iyul 1960, Bakı) — Rusiya yazıçısı. Rusiya Yazıçıları İttifaqı və "XXI əsrin yazıçıları" İttifaqının üzvü.[1]

Eldar Əhədov
Doğum tarixi 19 iyul 1960(1960-07-19) (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1968-ci ildən
Əsərlərinin dili rus dili
Janrlar nəsr, poeziya
ahadov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Əhədov 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə Leninqrad dağ-mədən institutunu bitirib. 1986-cı ildən Krasnoyarskda yaşayır. E.Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisası üzrə də işləyir. Qütbarxası sahələrdən tutmuş monqol çöllərinə qədər, Yamaldan Tıvayadək tayqanın və tundranın bütün əlçatmaz yerlərində olub. 10 il ərzində (2000-2010) Krasnoyarsk Diyar Xalq Yaradıcılığı Dövlət Mərkəzi Ədəbiyyat Birliyinin və korlar və zəif görənlər üçün “Bılina” ədəbiyyat studiyasına rəhbərlik edib.[1]

Üzvlüyü[redaktə | mənbəni redaktə et]

Sibir Yazıçılarının IV Qurultayının (2002) nümayəndəsi olub. Sibir Yazıçıları Assosiasiyasının Krasnoyarsk Diyar Yazıçılar Təşkilatının (1998), Rusiya Ədəbiyyat Fondunun üzvü, Rusiya Yazıçılar İttifaqının Krasnoyarsk regional bölməsinin (2003-2008) üzvüdür. Rusiya Markşeyderlər İttifaqının üzvüdür.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

E.Əhədov 2010-cu ildə “Mirı Eldara” saytını və “Ozareniye” beynəlxalq rusdilli poetik müsabiqəsini yaradıb. Yazıçının əsərləri “Molodaya qvardiya” (Moskva), “Murzilka” (Moskva), “Kukumber”, “Sibirskiye oqni” (Novosibirsk), “Neizvestnaya Sibir” (Novosibirsk), “Den i noç” (Krasnoyarsk), “Obskaya raduqa” (Salexard), “Yamalskiy meridian” (Salexard), “Sibiryaçok” (İrkutsk), “Deti Ra” (Moskva) jurnallarında və digər nəşrlərdə dərc edilib. E.Əhədov poeziya və nəsrin müxtəlif janrlarında yazılmış 30-dan çox kitabın, o cümlədən “Moya azbuka”, “Veşşiy son”, “Skrijali vetra”, “Kamennaya azbuka”, “Posmotri mne v qlaza”, “Molitva o tebe”, “Derjavnıy panteon”, “Slavyanskiy panteon”, “Nemetskiy panteon”, “Kniqa lyubvi”, “Puteşestviye oçarovannıx starikov”, “Kuyumba”, “Vasilkovoye nebo”, “Dobrıye skazki”, “Severnıye rasskazı i povesti”, “Na Kraynem Severe” və digər kitabların müəllifidir. 2012-ci ildə E.Əhədovun beşcildlik seçilmiş əsərləri işıq üzü görüb. Yazıçının iki kitabı ABŞ-da, bir çox əsərləri isə Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, BelarusAzərbaycanda nəşr edilib.E.Əhədov milli-regional komponent üzrə “Krasnoyarsk diyarına səyahət” adlı unikal məktəb vəsaitinin həmmüəllifidir. Onun yaradıcılığına D.Krupskaya, A.Karpenko, V.Antikina, Y.Liquzova, N.Lixtenfeld (Almaniya, Berlin), O.Ruçinski (Ukrayna), İ.Jurakovskaya (Ukrayna) və Y.Tuçiyev kimi ədəbiyyatşünas və tənqidçilərin məqalələri həsr olunub. “Neizvestnaya Sibir” jurnalı (№4, 2010) E.Əhədovu Rusiyanın ən istedadlı yazıçılarından biri adlandırıb. Onun “Sənə dua edirəm” əsəri dünyanın 1313 dilinə, o cümlədən ərəb, yunan, ingilis, ispan, Çin dillərinə tərcümə olunub. 2010-cu il noyabrın sonunda Rusiya Milli Şöhrət Mərkəzi müqəddəs Apostol Andrey Pervozvannıy adına Fondun dəstəyi ilə E.Əhədovu “Svyatost materinstva” Ümumrusiya Ədəbiyyat Müsabiqəsinin qalibi elan edib. E.Əhədovun “Derjavnıy panteon” poeması Milli Şöhrət Mərkəzinin 2011-ci ilin noyabrında nəşr etdiyi “İstoriya Rossii v semeynıx predaniyax” kitabına daxil edilib.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

E.Əhədov V.M.Şukşin adına “Svetlıye duşi” (2006) Ümumrusiya Ədəbiyyat Müsabiqəsinin, “Serebryanoe pero Rusi” (2007) Milli Ədəbiyyat Mükafatının, “Zolotoye pero Rusi” (2007) Milli Ədəbiyyat Mükafatının, uşaqlar üçün əsərlərə görə “Zolotoy listopad” (Şərqi Sibir, 2008) ədəbiyyat mükafatının, Rusiya Müftilər Şurasının dəstəyi ilə keçirilən “Prorok Muxammed – milost dlya mirov” Ümumrusiya Poeziya Müsabiqəsinin, incəsənətdə mənəviyyat sahəsində “Na blaqo mira” (2012) milli mükafatının və s. laureatıdır. E.Əhədov ümumilikdə 22-dən çox müsabiqə, mükafat, festival, o cümlədən Valeri Qruşin adına Müəllif Mahnısı Ümumrusiya Festivalının (2011, 2 nominasiyada) laureatı və qalibidir. E.Əhədovun yaradıcılığı Krasnoyarsk Diyar Administrasiyasının Mədəniyyət İdarəsinin (2001), Teleradioyayım, Mətbuat və informasiya İdarəsinin (2004), Krasnoyarsk başçısının (2006), Krasnoyarsk diyarının mədəniyyət nazirinin (2001) təşəkkürnamələri ilə qeyd edilib. 2002-ci ildə E.Əhədova yaradıcılıq fəaliyyətinə görə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri R.Rizayev şəxsən təşəkkürünü bildirib. 2016-cı ilin aprelində E.Əhədov “Rospan İnterneşnl” SC-nin baş mütəxəssismarkşeyderi kimi markşeyder işinin inkişafına, Rusiya təkinin sərvətlərinin səmərəli istifadəsi və qorunmasına şəxsi töhfəsinə görə Rusiya Markşeyderlər İttifaqının gümüş döş nişanı ilə təltif edilib. Sibirin Sayan bölgəsində Tyoplaya çayının iki qoluna E.Əhədovun adı verilib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]