Elefantiaz

Fil xəstəliyi və ya elefantiazİnsan bədəninin hər hansı bir hissəsinin hədsiz böyüməsi.

Fil xəstəliyi
Ayağın elefantiazı
Ayağın elefantiazı
XBT-10 B74.0
(ILDS B74.01)
I89.
XBT-10-KM B74.0, B74.1, B74.2
XBT-9 125.9, 457.1
XBT-9-KM 374.83[1]
DiseasesDB 4824
eMedicine derm/888 
MeSH D004605
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, onu törədən qurdlar maralların orqanizmində yaşayır, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tibdə elefantiyazis adlanan xəstəliyin açması "kobudcasına genişlənən üzvlər"dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. İnfeksiyalı dişi ağcaqanad bir insanı dişlədiyində mikrofilarya deyilən qurd sürfələrini qana sala bilər. Mikrofilarya təkrar-təkrar törəyir və uzun illər boyu yaşaya biləcəyi qan dövranı yoluna yayılır. Sıx görülən xəstəlik əlamətləri infeksiya sonrası illər boyu görünmür. Parazitlər qan damarlarına yerləşdiyi kimi qan dövranını məhdudlaşdıra bilər və ətrafındakı toxumalarda qanın yığılmasına səbəb ola bilər. Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) ağcaqanadlar tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon insan əziyyət çəkir və bunlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi ağcaqanad insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, beləliklə, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır. İnfeksiyanın ən ümumi görülən əlamətləri isə həddindən artıq dərəcədə böyümüş qollar, qıçlar, genitalya və sinələrdir.

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.