Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[1][2][…] – 25 fevral 1975[3][1][…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri.
Eliyah Məhəmməd | |
---|---|
ing. Elijah Muhammad | |
Şəxsi məlumatlar | |
Doğum adı | Elijah Poole |
Doğum tarixi | 7 oktyabr 1897[1][2][…] |
Vəfat tarixi | 25 fevral 1975[3][1][…] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | İslam milləti |
Vikianbarda əlaqəli mediafayllar |
Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi. 1934-cü ildə Uolles Fərd Məhəmmədin yoxa çıxmasından sonra Eliyah Məhəmməd "İslam milləti"nin başçısı oldu. 1942-ci ildə Məhəmməd qiyam qaldırmaq və Məhdud Hərbi Xidmət Qanununu (Selective Service Act) pozmaq ittihamı ilə Vaşinqtonda tutuldu. O, dörd il həbs cəzasına məhkum edildi. "İslam milləti" "qara millətçilik" ideologiyası, ağlardan tamamilə təcrid olunma, iqtisadi və dini sahələrdə qaradərililərin müstəqillik qazanmasını təbliğ edirdi. Dini təlim alkoqol istifadəsi, qumar oyunları, qaradərili qadınlara fiziki təcavüz və ailəni ağların hücumlarından qoruya bilməmək bacarıqsızlığını pisləyirdi. Məhəmməd rəhbər kimi Malkolm İksın inkişafına çox təsir etdi, hansı ki sonradan Məhəmmədin gənc qadınlarla əlaqəsi səbəbiylə yaranan qarşıdurma nəticəsində "İslam milləti"ni tərk etdi. Malkolm X-ın qətlindən sonra Məhəmməd onun həyatına qəsd təşkil etməkdə günahlandırıldı.
1975-ci ildə Məhəmmədin ölümündən sonra təşkilat bölünmə dövrünə keçdi. Onun oğlu Varit Din Məhəmmədin rəhbərliyi altında "İslam milləti" Sünni İslama tərəf irəllədi və hətta ağ dərili üzvləri qəbul etməyə başladı."Qara millətçilik"dən uzaqlaşma cəhdi təşkilatın bəzi üzvləri tərəfindən mənfi qarşılandı. Varit Din Məhəmməd təşkilatın adını "Müsəlman Amerika cəmiyyəti" olaraq dəyişdirdi. 1978-ci ildə Luis Fərraxan təşkilatı bərpa edərək ona rəhbərlik etməyə başladı.