Elman Cavanşir oğlu İbrahimov– (14 yanvar 1946-cı il, Zəngilan rayonu), riyaziyyatçı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsi[1], Riyaziyyat üzrə Elmlər doktoru
Elman İbrahimov | |
---|---|
Elm sahəsi | Riyazi analiz |
Elmi dərəcəsi | Riyaziyyat üzrə Elmlər doktoru |
İş yerləri | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu |
Alma-mater | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Elman Cavanşir oğlu İbrahimov 1946-cı ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuşdur. 1970-ci illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin institutun "Hesablama riyaziyyatı və ehtimal nəzəriyyəsi" kafedrasında laborant vəzifəsində işləyib. 1975-ci ildə "Sfera üzərində ümumləşmiş funksiyalar sinfi və ultrasferik sıraların cəmlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun hesablama mərkəzində riyazi-proqramlaşdırıcı, 1978–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Ali riyaziyyat" kafedrasında baş müəllim, 1954–2015 ilə qədər dosent vəzifəsində işləyib. 2015-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsində baş elmi işçi vəzifəsində işləyir. 2018-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Qeqenbauer diferensial operatorunun doğurduğu harmonik analizin bəzi aspektləri haqqında" mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında elmlər doktoru dissertasiyalarını müdafiə etmiş[2] və Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən 4 iyul 2018-ci ildə riyaziyyat üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir[3].
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru Elman İbrahimov riyaziyyat elmində Gegenbauer diferensial operatorunun doğurduğu harmonik analizə yeni inteqral çevirmə gətirib[4]. Elman İbrahimov yaxınlaşma nəzəriyyəsində düz cekson və tərs bernşteyn teoremlərinin isbatını məhz Gegenbauer çevrilmələrinin vasitəsilə aparıb. Daxiletmə teoremləri riyazi fizika tənliklərinin ümumiləşmiş həllinin tapılması ilə bağlıdır. Gegenbauer diferensial operatorunun doğurduğu harmonik analizin əsasını qoyaraq isbat etdiyi teoremin tətbiqi ilə gələcəkdə bir çox yeni tədqiqatlar aparıla biləcək[5]. Elman İbrahimov 37 elmi işin, 34 məqalə və 3 tezisin müəllifidir. 25 məqaləsi xarici nüfuzlu jurnallarda dərc olunub: Journal of Mathematical Analysis and Applications[6], Analysis Mathematics[7], Georgian Mathematical Journal[8],[9], Journal Mathematical Study[10], Mathematical Notes və Polskie Towarzystwo Matematyczne[11], Wiley Online Library[12], EBSCO[13] və s.
Elman İbrahimov ED 1.04 Dissertasiya Şurasının nəzdindəki 1202.01-"Analiz və funksional analiz" ixtisası elmi tematik seminarın üzvüdür. Gegenbauer diferensialının yaratdığı Riesz potensialının sərhədliliyi haqqında tip teoremi ilə bağlı məqalələri 30-dan çox beynəlxalq elmi jurnalda dərc olunub. O, bir neçə Beynəlxalq konfransların iştirakçısı olmuşdur. Elman İbrahimov eyni zamanda ədəbi aləmdə də tanınır, çoxsaylı şeirlər yazıb, "Fidanım" adlı şeirlər kitabının müəllifidir[14].
EJ Ibrahimov \ Walter de Gruyter GmbH & Co. KG 18 (3), 497–515
EJ Ibrahimov, A Akbulut \ Transactions of A. Razmadze Mathematical Institute 170 (2), 166–199
VS Guliyev, EJ Ibrahimov \ Journal of mathematical analysis and applications 335 (2), 1079–1094
VS Guliev, EJ Ibragimov \ ANALYSIS MATHEMATICA 34 (2), 83–103
VS Guliyev, EJ Ibrahimov \ Walter de Gruyter GmbH & Co. KG 15 (2), 251–262
EJ Ibrahimov, SA Jafarova \ Proc. A. Razmadze Math. Inst 159, 21–42
EJ Ibrahimov, VS Guliyev, SA Jafarova \ Trans. A. Razmadze Math. Inst 173, 45–78
EJ Ibrahimov, GA Dadashova, SE Ekincioglu \ Trans. Natl. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci 40 (1), 111–125
V Kokilashvili, EJ Ibrahimov \ Georgian Mathematical Journal 30 (5), 745–767
EJ IBRAHIMOV, SA JAFAROVA, SE EKINCIOGLU \ Proc. Inst. Math. Mech. Natl. Acad. Sci. Azerb 46 (1), 129–143