Elman Məhərrəm oğlu Paşayev (22 dekabr 1971, Şişqaya, Vardenis rayonu) — Rusiyada fəaliyyət göstərmiş Azərbaycan əsilli hüquqşünas, vəkil. Paşayev Rusiyada məşhur və VİP şəxslərin vəkili kimi məşhurlaşıb. Onun müştəriləri arasında məşhur şoubiznes nümayəndələri, iş adamları və aktyorlar olub. O, xüsusilə Aktyor Mixail Efremovun məhkəmə işində iştirakı nəticəsində şöhrət qazanıb.
Elman Paşayev | |
---|---|
Doğum tarixi | 22 dekabr 1971 (52 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Elman Məhərrəm oğlu Paşayev (22 dekabr 1971, Vardenis rayonu və ya Ermənistan SSR) 22 dekabr 1971-ci ildə Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.
1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra jurnalist, daha sonra Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı kimi çalışıb.
Elman Paşayev 1997-ci ildə Moskvaya köçüb və burada hüquq karyerasına başlayıb.
Birinci Moskva Hüquq İnstitutunda (hüquqşünaslıq ixtisası), Moskva Dövlət Hüquq Akademiyasında (hüquqşünaslıq ixtisası) və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasında (kadr siyasəti üzrə dövlət qulluğu ixtisası) təhsil alıb. O, Moskva Dövlət Hüquq Akademiyasında kriminalistika ixtisası üzrə aspirant olub.
2004-cü ildə Moskva "Egida" Vəkillər Kollegiyasına qəbul olunub. 2009-cu ildə Beynəlxalq Hüquq Şirkəti Elman Qrup MMC-ni təsis edib. 2019-cu ildə o, Rusiya Ədalətli Qüvvələrin İttifaqı partiyasının təşkilatçısı olub.[1]
2020-ci ilə qədər o, üç dəfə vəkillik statusundan məhrum edilib.[2] 2018-ci ildə Mıtişi Şəhər Məhkəməsi Paşayevi hədə-qorxu ilə tələb etmə ittihamı ilə iki ay müddətinə həbs edib.[3] İttihamlar yenidən təsnifləşdirildikdən sonra o, bir il sınaq müddətinə azadlıqdan məhrum edilib.[4]
2023-cü ilin mayında məlum olub ki, Paşayev Ukraynadakı döyüş bölgəsində rus hərbçilərinə yardım çatdırır.[5]
Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev 2024-cü il 29 aprel tarixində Rusiya-Ukrayna müharibəsində Ukraynanın Uqledar şəhərində Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində ağır yaralanıb.[6]
17 sebtyabr 2024-cü ildə Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb[7], ardından həbs edilib.[8]
Ailəlidir, iki övladı var. Həyat yoldaşı: Alyona Paşayeva.
Elman Paşayev VİP-lərin vəkili kimi məşhurlaşıb. Onun müştəriləri arasında:
Paşayevin bir sıra ictimai mükafatları var: