Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru
Elmar Bayramov | |
---|---|
Doğum tarixi | 28 dekabr 1986 (37 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Könül Kəngərli |
Uşaqları |
Məryəm Bayramsoy Məsumə Bayramsoy Adam Bay |
Fəaliyyəti | rejissor, prodüser |
Fəaliyyət illəri | 2012-ci ildən |
Təhsili | |
Boyu | 5' 9" (181sm) |
IMDb | ID8944967 |
oldstonepictures.com |
Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır.
2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb.
2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi.
2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.[1]
2013-cu ildə Black Garden Company adlı video prodakşının təsisçilərindən biri olaraq 2018-cı ilə qədər müxtəlif commersiya videoları ve filmləri istehsal edir. "Oxu", "Mübarilik yolu", "Məryəm", "Avropa Oyunları", "Kəmər" Sosial filmlərin müəllifidir.
Fərqli film layihələrində döyüş xoreoqrafı, dublyor, aktyor kimi fəaliyyət göstərib:
2017-ci ildə ailəsi ilə birgə Amerika Birləşmiş Ştatlarına köçüb. Bir müddət Los Angeles şəhərində daha sonra Georgia ştatının Atlanta, Texas ştatının Houston, Nyu-York şəhərin Bruklin bölgəsində yaşayıb. Hazırda Pensilvaniya ştatının Easton şəhərində yaşayır. Amerikada 2018-ci ildə ilk "Ups" qısa metrajlı filmini çəkir və Warner Brothers, Cinemax, HBO media qurumlarının dəstəyi ilə təşkil olunan Urban Action Showcase İnternational film festivalında "Ən yaxşı döyüş səhnəsi" kateqoriyasının qalibi olur. Filmin təqdimatı 2018-ci ildə New yorkda HBO-nun binasında keçirilir. 2019-cu ildə "Qoy qaçım" (let me run) qisa metrajlı filmini, eyni ildə (2019) ABŞ-da təsis etdiyi "Old Stone Pictures" media prodakşının adı altında istehsal edir. Filmi 25 beynəlxalq film festivallarında, Avropada, Cənubi Amerikada, Kanadada və ABŞ-in bir cox şəhərlərində nümayişləri keçirilir. 2019–2021 ci illərdə 15 müxtəlif nominasiyaların (ən yaxşı rejissor, ən yaxşı ssenari, en yaxşı qisametrajlı film və s.) qalibi olur. 2020-ci ildə "Uğur böcəyi" (Ladybug) sosial qisametrajlı, filmi 4 beynəlxalq film festivallarında iştirak edir və 1 "ən yaxşı sosial film" nominasiyasının qalibi olur. Hal-hazırda 3 filmi, "Amerikasayağı Karantin" (bədii film), "Nəfəs" (bədii film) və "Rafa" (dokumental film) istehsal prosesindədir.
Qalib gəldiyi nominasiya "Beynəlxalq qısa filmlər"
Qalib gəldiyi nominasiya "qısametrajlı film"[3]
Qalib gəldiyi nominasiya "döyüş filmi"
Qalib gəldiyi nominasiya "ən yaxşı döyüş və triller"
Qalib gəldiyi nominasiya "ən yaxşı rejissor" ve "ən yaxşı döyüş filmi"
Qalib gəldiyi nominasiya "ən yaxşı qısametrajli döyüş filmi"
Qalib gəldiyi nominasiya "döyüş filmi"
Qalib gəldiyi nominasiya "ən yaxşı ABŞ filmi"
Qalib gəldiyi nominasiya "ən yaxşı məkan görüntüsü" "ən yaxşı səs effektləri"
Qalib gəldiyi nominasiya "ən yaxşı qısametrajlı film"
Qalib gƏldiyi nominasiya "ən yaxşı döyüş qurluşu"
Qalib gəldiyi nominasiya "ən yaxşı beynəlxalq qısametrajlı film"
13 Baku International Short Film Festival
Qalib gəldiyi nominasiya "ən yaxşı rejissor"
Fərqli nominasiyalarda iştirakçı olduğu beynəlxalq film festivallar:
İştirak etdiyi nominasiya "Qısametrajlı film"
Yarım finalçı olduğu nominasiya "Qisametrajli film"
İştirak etdiyi nominasiya "Qisametrajlı film"
Finalçı olduğu nominasiya "Ən yaxşı məcara/döyüş filmi"
İştirak etdiyi nominasiya "Qısametrajlı film"
İştirak etdiyi nominasiya "döyüş filmi"
Yarım finalçı olduğu nominasiya "Qısametrajlı film"
İştirak etdiyi nominasiya "42 dəq.dən aşağı real hadisəli film"
1.Finalçı olduğu nominasiya "Ən yaxşı döyüş filmi"
2020-ci ildə Elçin Agazadə ilə birlikdə istehsal etdiyi "Uğur böcəyi" (Ladybug) sosial çarxı Urban Mediamakers Festivalında iştirakçı, Tempus Film Festivalında yarimfilançı və 15 Minutes of Fame film festivalında isə "ən yaxşı soisal film" nominasiyasının qalibi olmuşdur.