Elmir Şaripov Baican oğlu (19 may 1949, Kaqan, Buxara vilayəti) — Ehtiyatda olan polkovnik-leytenant.
Elmir Şaripov Baican oğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 may 1949 (74 yaş) |
Doğum yeri | |
Milliyyəti | Özbək |
Həyat yoldaşı | Zılayxa Roziyevna Şaripova |
Uşağı | oğlu Marat |
Atası | Şaripov Baican |
Hərbi fəaliyyəti | |
Rütbə | polkovnik-leytenant |
Elmir Baican oğlu Şaripov 1949-cu il may ayının 19 da Özbəkistan Respublikasının Buxara vilayətinin Kaqan şəhərində anadan olub. 1982-ci ildə ailəsi ilə birgə Azərbaycana köçüb. Həyat yoldaşı Zılayxa Roziyevna Şaripova. 1953-cü il may ayının 10-da anadan olub. Hərbi rütbəsi ehtiyatda olan qizir, Qarabağ müharibə veteranı, milliyətçə türkməndir. Oğlu Marat Şaripov Elmir oğlu 1977-ci il iyun ayının 17-də anadan olub. Ali təhsillidir, Moskva açıq sosial universitetdə (Dərbənd filialında) təhsil olmış, peşəsi ümümi dizayner.
1971-ci ildə Volski Ali Hərbi Məktəbini (hərbi institutunu) bitirmişdir. 1977-ci ildə Arxa cəbhə və nəqliyyat Hərbi Akademiyasında təhsil almışdır.
1971-ci ildən 1982-ci ildə qədər Sakit okean və Xəzər donanmasının birləşmiş gəmi və sahil hissələrində xidmət etmişdir.
Əvvəl hərbi dəniz zabiti kimi, daha sonra isə Sakit okean donanması dənizində və sahil hissələrdə xidmət edib. 1989-cu ildə yaş ilə əlaqədar olaraq Xəzər donanmasının tərkibindən ehtiyata göndərilib. O, 1991-ci ildə yenidən Azərbaycan Respublikasının Milli ordu sıralarına könüllü olaraq daxil olur və onu Şıx qəsəbəsində formalaşan desant-hücum briqadasının tərkibinə təyin edirlər. Onun komandiri polkovnik Zadir Rza oğlu Rzayev idi. Çoxları onu Zaur Rzayev kimi tanıyırdı, əvvəl Elmir Şeripovu milliyyətcə özbək olduğu üçün döyüş bölgəsinə buraxmırlar, daha sonra isə 1992-ci ildə Laçın döyüş bölgəsinə göndərirlər. Elə vaxt olurdu ki, Elmir Şəripov bir zabit kadrı kimi sənəti arxa cəbhə təminatı təşkilatçısı olduğu üçün müxtəlif hərbi hissələri silah, sursat, yanacaq, ərzaq və başqa əşyalarla təmin etmək üçün idarə edirdi. Elə həmin ildə Şəripova növbati hərbi rütbə - "Moyor” vərdilər.
Şəripov vəzifədə olaraq çox çalışırdı ki, arxa cəbhə işçilerinin fəaliyyatinə mənfi yox, müsbət cəhətdən qiymət versin. O, bu məqsədini tam olaraq həyata keçirib. O vaxt İqtidarın qəzeti olan "Azadlıq” və briqada komandiri olan General-moyor Rzayev də, onun yərinə gələn təzə komandir polkovnik Əzizağa Qənizadə də onun işi haqqında yaxşı fikirlər çatdırmışlar. 1993-cü ilin mart ayının axırlarında döyüşçülərimiz Laçını məcburi olaraq tərk etdilər. Şəripov həmin vaxt zenit artilleriya mərmisi ilə yük maşınının yandırılmasını idarə edirdi. Sonra isə stansiyaları "kosmosinteryer” onun nəzarəti altında qırır, Murad Şamxalov və Elsəvər Əliiyevin cəhdləri ilə partladılmışdı.
O, 1994-cü ilin aprel ayının 16-da Füzuli istiqamətlərində gedən döyüşlərdə yaralanıb və ordu sıralarından çıxarılıb, 1995-ci ilin noyabr ayında Elmir Şəripovu Bakı Ali Hərbi Dənizçilk məktəbinə müəllim təyin edirler. Bir il üç aydan sonra fərqləndiyi üçün onu baş müəllim vəzifəsinə irəli çəkirlər. Şəripovun təşəbbüsü ilə kafedra rəisi Xalid Yusubovun razılığı ilə ”Qoşun qidalanması” tədris proqramını təkmilləşdirir (Azərbaycan Milli xörakleri əsasında). Dəyişikliklarin xüsusiyyətləri haqqında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir İdris oğlu ƏmiraslanovIa məsləhətləşir. Azərbaycan hərbi məktəb şagirdlərinin qidalanması 70il ərzində ilk dəfə olaraq Azərbaycan Milli Kulinariyasında öz əksini tapıb. Milli xörəklərin Silahlı Qüvvələrimizdə hazırlanmasını elmi konfranslarda Şəripov və kursantlar Yaşar Yusubov, Yusif Tağıyev, Vüqar Bayramov və başqa kursantlar məruza etmişlər. Onu da qeyd edək ki, kafedrada kursantların hərbi elmi işlə məşğul olmaları vəzifasinə Elmir Şəripov baxırdı. O, hərbi təlimi hərbi məktəbdə və Leninqrad Hərbi Akademiyasında alıb.[1]
1991-ci ildən 1995-ci ilədək erməni işğalçıları ilə döyüşlərdə iştirak edən motoatıcı briqadanın tərkibində xidmət etmişdir.
1995-ci ildən 1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbi Arxa cəbhə kafedrasının baş müəllimi işləmiş və “Birinci dərəcəli müəllim” kvalifikasiyasına layiq görülmüşdür. E.Şəripovun təşəbbüsü ilə “Qoşun qidalanması” tədris proqramı Azərbaycan milli xörəkləri əsasında təkmilləşdirilir. Edilən dəyişikliklərin xüsusiyyətləri haqqında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovla məsləhətləşmələr aparılırdı.
1997-da polkovnik-leytenant rütbəsini almış və 1999-cu ildə yaşı ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır.
Bakı veteranlar Şurasında işləmiş, "Vışka", "Bakinski raboçi", "Veteran" qəzetlərində Veteranlar haqqında məqalələr dərc etdirmişdir.[2]
2018-ci il may ayının 4-də Milli Azərbaycan Tarixi Muzeyində Elmir Şaripovun “Азербайджанцы в обороне Брест-Литовской крепости” (“Azərbaycanlılar Brest-Litovsk qalasının müdafiəsində”) adlı kitabının təqdimatı keçirilmişdir.
Kitabın elmi məsləhətçisi t.e.d., prof. Nurulla Əliyev, kitabın rəyçiləri t.e.d., dosent Mehman Süleymanov, t.ü.f.d. Səbuhi Əhmədovdur. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunmuşdur.
Kitab II Dünya müharibəsi illərində 1941-ci ilin iyununda azərbaycanlı döyüşçülərin faşist alman işğalçılarına qarşı Brest-Litovsk qalasının müdafiəsindəki iştirakına həsr olunmuşdur.[3]