Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş.[1] Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış.
Kağan | |
---|---|
Kogon | |
40°12′ şm. e. 64°55′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1888 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 225 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi.
Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu.
1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi.
O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Dəmiryol işçilərinin yaşayış binaları ilə yanaşı, Rusiya imperiyası ilə Buxara əmirliyi arasında diplomatik münasibətləri idarə edən özəl bir qurum da varidi.
1890-cı ildə artıq bir neçə nəqliyyat idarəsi, bir neçə mağaza və satış yeri, bir poçt və teleqraf bürosu var idi.
1892-ci ildə burada Pravoslav Kilsəsi tikilərək, kilsə məktəbi də açıldı və hakimlər məhkəməsi yaradıldı. 1894-cü ildə dövlət bankının bir şöbəsi, daha sonra isə bir gömrük idarəsi açıldı.
2010-cu ilin məlumatlarına görə Kağanda 87.612 nəfər əhali yaşamaqda imiş.[2]
Şəhərin yerli və sayca ən böyük olan əhalisi Özbəklərdir (% 77,1), onların sayı 58,5 min nəfərdir. Burada habelə Ruslar (10,2%), Taciklər (4,5%), Ukraynalılar (0,5%), Azərbaycan türkləri (0,5%), Türkmənlər (0,5%), Qazaxlar (0,3%), Tatarlar (0,3%), Ermənilər (0,3%), Belaruslar (% 0,1), Yəhudilər (% 0,5) və başqa millətlərdən olanlar (% 5,6) da yaşayır.[3]
1902-ci ildə Yeni Buxarada (Kağanda) Orta Asiyada 1-ci Tatar məktəbi açıldı[4].