Elnur Tahir oğlu Alıyev (d.3 iyun 1982, Ağsu, Növcü k.) — Azərbaycan Respublikasının "əməkdar məşqçisi",Azərbaycan Kikboksinq Federasiyasının Yeniyetmələr üzrə baş məşqçisi,[1] Dünya Kikboksinq Assosiasiyası Təşkilatının(WAKO) beynəlxalq dərəcəli hakim
Elnur Alıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1982 (41 yaş) |
Doğum yeri | |
Təhsili | |
Elnur Alıyev 3 iyun 1982-ci ildə Ağsu rayonu Növcü kəndində dünyaya anadan olub. 1999-cu ildə Bakı şəhəri Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2003-2004-cü ildə hərbi xidmətdə olan E.Alıyev 2002-2003-cü ildə Xüsusi xidmətlər mərkəzində məsul vəzifədə çalışıb. 2004-2005-ci illərdə mərkəzi univermağın muhafizə rəisi vəzifəsində çalışıb. 2005-2015-ci illərdə milli məclisin deputati Ərəstun Cavadovun koməkçisi olub. Ailəlidir . İki övladı var.
2007-ci ildə "Ağsu" İdman Klubunun təsisçisi və prezidentidir.
2015-ci ildən bu günədək Ağsu rayonunda "Ağsu" idman kompleksinin direktorudur.
Azərbaycan Kikboksinq Federasiyası tərəfindən 2016-cı ildə əməkdar məşqçi,
2017-ci ildə "ilin məşqçisi",
2018-ci ildə "ilin hakimi",
2018-ci ildə kikboksinq idman növündən dünyanın 10 "ən yaxşı hakimi",
2019-cu ildə Avropanın "ən yaxşı" 5 hakimi seçilmişdir.[2]