Elnur Aslanov (dövlət məmuru)

Elnur Kazım oğlu Aslanov (15 yanvar 1977, Bakı) — 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri,[1][2] 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri[3], siyasi elmlər üzrə fəlsəfə doktoru (Ph.D). O, həmçinin "Harvard Business School"un məzunu, iki kitabın, eləcə də bir sıra İT və İnternet layihələrinin sahibi və müəllifidir.[4]

Elnur Aslanov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri
bayraq2
19 dekabr 2007 – 17 mart 2014
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1977(1977-01-15) (46 yaş)
Doğum yeri
Partiya
Təhsili
Anası Rəbiyyət Aslanova
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət UniversitetiniAzərbaycan Universitetini bitirmişdir. Fəlsəfə doktoru və MA elmi dərəcələri var.[5]

1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr və Siyasi Partiyalarla İş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir.[6]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir[7].

E.Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.[8]

14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.

2016-ci ildə ABŞ-da Harvard Business School-da təhsilini davam etdirmək məqsədilə dövlət işindən uzaqlaşıb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Elnur Aslanov bir sıra İnternet layihələrinin müəllifi və sahibidir.

İki kitab müəllifidir: "Modernləşmə və Milli İnkişaf"[ölü keçid] (Bakı, 2015) və "Qloballaşma və Milli İnkişaf Strategiyası" (Baki, 2006).

"Azərbaycanda araşdırma və beyin mərkəzləri : yaranması, inkişafı və perspektivləri"[ölü keçid] kitabının elmi redaktoru.

Yeni Azərbaycan Partiyasının üzvü, I dərəcə dövlət müşaviridir.

Elnur Aslanov mütəmadi olaraq müxtəlif internet saytlarında məqalələr ilə çıxış edir.[9]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.

Evlidir, bir oğlu var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "BAKU TO HOST "HISTORY: AS IT IS" INTERNATIONAL CONFERENCE. azertag.az". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
  2. "Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov ASAİF fəalları ilə görüş keçirib. apa.az". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  3. ""Nəticəsiz danışıqlar saatlı bombaya çevrilmişdi...." – Elnur Aslanov Qarabağ ətrafında baş verənlərdən yazır. qaynarinfo.az". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  4. "Yeni dünya nizamı vä milli inkişaf. searchworks.stanford.edu". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  5. "Elnur Aslanov İlham Əliyevin islahatlarından yazdı: "Ölkə köklü dəyişiklik ərəfəsindədir…". virtualaz.org". 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  6. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ. modern.az". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  7. "Elnur Aslanov Prezident Administrasiyasından çıxarıldı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
  8. "Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə təyin olunub". 2014-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.
  9. "5 + 5 tips for a beginner entrepreneur: what to do and why?". 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]