Elnur Kazım oğlu Aslanov (15 yanvar 1977, Bakı) — 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri,[1][2] 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri[3], siyasi elmlər üzrə fəlsəfə doktoru (Ph.D). O, həmçinin "Harvard Business School"un məzunu, iki kitabın, eləcə də bir sıra İT və İnternet layihələrinin sahibi və müəllifidir.[4]
Elnur Aslanov | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri | |
19 dekabr 2007 – 17 mart 2014 | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1977 (47 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | politoloq |
Anası | Rəbiyyət Aslanova |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini və Azərbaycan Universitetini bitirmişdir. Fəlsəfə doktoru və MA elmi dərəcələri var.[5]
1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr və Siyasi Partiyalarla İş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir.[6]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir[7].
E.Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.[8]
14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir.
2016-ci ildə ABŞ-da Harvard Business School-da təhsilini davam etdirmək məqsədilə dövlət işindən uzaqlaşıb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.
Elnur Aslanov bir sıra İnternet layihələrinin müəllifi və sahibidir.
İki kitab müəllifidir: "Modernləşmə və Milli İnkişaf"[ölü keçid] (Bakı, 2015) və "Qloballaşma və Milli İnkişaf Strategiyası" (Baki, 2006).
"Azərbaycanda araşdırma və beyin mərkəzləri : yaranması, inkişafı və perspektivləri"[ölü keçid] kitabının elmi redaktoru.
Yeni Azərbaycan Partiyasının üzvü, I dərəcə dövlət müşaviridir.
Elnur Aslanov mütəmadi olaraq müxtəlif internet saytlarında məqalələr ilə çıxış edir.[9]
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.
Evlidir, bir oğlu var.