Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elnur Məmmədov (23 aprel 1976, İrəvan) — Aktyor, Truppa müdiri.
Elnur Məmmədov | |
---|---|
Elnur Mehralı oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Ermənistan SSR |
Vətəndaşlığı | azərbaycanlı |
Uşaqları | Mənsurə və Leyla |
Atası | Mehralı |
Anası | Küsət |
Fəaliyyəti |
aktyor truppa müdiri |
Fəaliyyət illəri | 1994 |
Mükafatları | |
azdrama.az |
Elnur Məmmədov 1976 - cı ildə Ermənistan (Qərbi Azərbaycan, İrəvan) SSRİ-də anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində təhsil almışdır.
1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun "Dəmir qadın" əsərində Alimcan, İ.Vəliyevin "Abasqulu Şadlinski"sində Komsomol, V.Əliyevin "Madam Badam"ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun "Sehrli alma"sında Ağanəzər kimi obrazlar yaratmışdır.
Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov teatrın repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır.
V.Rozovun "Şadlıq sorağında" əsərində Nikolay, N.Hikmətin "Kəllə" dramında Hoqqabaz, polis, B.Vahabzadənin "Dar ağacı"nda Ərəb zabiti, V.Şekspirin "Hamlet" faciəsində Marsel, C.Cabbarlının "Ulduz yaxud Ədirnə Fəthi" adlı tarixi dramında Ərəb, Elçinin "Poçt şöbəsində xəyal"ında Poçt işçisi kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. 2005-ci il fevral ayından Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində işləyir.
Göstərdiyi xidmətlərə görə 2015 –ci ildə Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
2020 ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı ilə təltif olunub.