Elteber — Türk (xəzər, qırğız və başqa xalqların) xaqanlıqlarında ali əyanların titulu. [1].
Qədim tüklərdə elteberlər, xəzərlərdə, qırğızlarda, azlarda, uyğurlarda və qarluqlarda vali vəzifəsini yerinə yetirən hökmdarlardan asılı vassallar idilər.
Türk xaqanlıqlarındakı titul, ünvanları nəzərdən keçirən G. Dörfer belə qənaətə gəlmişdi:
"Elteberlər hakim sülaləyə mənsub deyildilər, amma haçansa hökmdar olmuş köklü nəsildən çıxmışdılar. Onlara muxtariyyət verilmişdi:.
.
Elteber termininə VII əsr yazılı abidələrində rast gəlinir. orxon abidələrində qarluq və uyğur hakimlərinə aid olduğu bilinir.[2].