Elton Məmmədov

Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, IIIIV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri,[1]

Elton Məmmədov
bayraq
Azərbaycan Milli Məclisinin II, IIIIV çağırış deputatı
bayraq2
2000 – 24 noyabr 2015
Seçki dairəsi2000, 2005, 2010 — 91 saylı Ucar
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVüsal Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1954(1954-12-18) (69 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, mühəndis
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru,professor

Təltifləri "Şöhrət" ordeni

Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib.

Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına layiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir.

1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir.

23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib

Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib

Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır.[2]

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.

13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun strateji inkişaf üzrə prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, 16 yanvar 2020-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəhbərlik etdiyi "Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi" ictimai əsaslarla elmi-tədqiqat laboratoriyasının müdirdir.

2007-ci ildən AZTU-da elmi pedaqoji fəaliyyətə başlayıb. Həmin ildə də "Maye yanacaqların istilik-fiziki xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə elmi dərəcəsi, 2014-cü ildə "Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri" mövzusunda doktorluq desertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

  • 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib və 04 iyul 2019-cu ildə Fəxri məzun adına layiq görülüb.
  • MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətinə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin medalı (universitetdəki fəaliyyətinə görə), Tomsk vilayət həmkarlar komitəsinin fəal üzvü medalı, Çelyabinsk Traktor zavodunun "Əməkdə fərqlənməyə görə" qızıl döş nişanı ilə təltif olunub.
  • 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[3]
  1. "AMEA Rəyasət Heyəti aparatının idarələri". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  2. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  3. "E.A. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 18 dekabr 2014, 18:50. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.