Ziya Ərzuman oğlu Məmmədov (28 aprel 1952, Qazıqumlaq, Ucar rayonu) — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri.
Ziya Məmmədov | |
---|---|
8 avqust 2002 – 13 fevral 2017 | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Vəzifə ləğv edilib |
31 iyul 1996 – avqust 2002 | |
Sonrakı | Asif Əsgərov |
1993 – 1996 | |
Sədr | Vahid Nadirli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
1974–1980-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.
1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991–1993-cü illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində işləmişdirX
Ailəlidir, 2 övladı var. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısı və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun qardaşıdır.[1]
1993–1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.
Fəxri Dəmiryolçudur. Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Rusiya Federasiyası Dərbənd şəhərinin fəxri vətəndaşıdır.