Eltz malikanəsi

Eltz malikanəsi və ya Eltz sarayı (xorv. Dvorac Eltz, alm. Schloss Eltz‎) — Xorvatiyanın Vykovar şəhərində yerləşən Barokko üslubunda malikanədir. 18-ci əsrə aid malikanədə Vykovar şəhər muzeyi yerləşir. Malikanə 1993 və 2001-ci illərdə buraxılmış Xorvatiya 20 kunasında, əskinasın əks tərəfində təsvir edilmişdir.[1][2] Saray 1991-ci ildə Xorvatiya Müharibəsində dağıdıldı, lakin dörd illik bərpa işlərindən sonra 2011-ci ilin oktyabrında müharibədən əvvəlki görünüşü tamamilə bərpa edildi.[3]

Eltz malikanəsi
Xəritə
Yerləşir:
Ümumi məlumatlar
Memarlıq üslubu barokko memarlığı
Ölkə
Şəhər Vуkоvаr
Koordinatlar 45°21′27″ şm. e. 18°59′41″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1736-cı ildə Müqəddəs Roma İmperiyasının arxikansleri Filip Karl von Eltz-Kempeniç (1665–1743) Slovaniya Krallığının Srem bölgəsində, daha sonra Habsburq monarxiyası tərfindən idarə olunacaq hissədə bir malikanə satın alır. Saray ilk olaraq 1749–1751-ci illərdə Alman Katolik zadəganları olan Emtz sülaləsi tərəfindən tikilmiş, daha sonralar zaman keçdikcə genişləndirilmişdir. Sarayın hərbi cəbhəyə yaxın əraziləri Osmanlı qoşunları və yerli Hayduk hərbi qüvvələri tərəfindən zərbələrə məruz qalmışdır.

İkinci Dünya Müharibəsinin sonlarında Yuqoslaviya Partizanları ölkəni nəzarət altına aldıqdan sonra, 1944-cü ildə malikanə Yuqaslaviya Sosialist Respublikasının kommunist idarəsi tərəfindən müsadirə edildi və Yakob Qraf zu Eltz ailəsi Vykovarı tərk etmək məcburiyyətində qaldı. 1990-cı ildə o Eltvildən yeni qurulan Xorvatiya dövlətinə qayıdır və Zaqrebdə Sabor parlamentinin üzvü olur. Bununla yanaşı Eltz malikanəsi Xorvatiya müharibəsində Vykovar döyüşü zamanı Yuqoslaviya Xalq Ordusu tərəfindən bombalanarkən çox böyük zərər görmüşdür.[3]

  1. "20 kuna - Nevažeće novčanice". Croatian National Bank (xorvat). 13 June 2015. 24 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
  2. "20 kuna - HNB". Croatian National Bank (xorvat). 31 January 2015. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
  3. 1 2 "Obnovljeni dvorac Eltz vraća stare vizure Vukovara". Glas Slavonije (Croatian). 29 October 2011. 6 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2011.