Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Hüseynov Elxan Hüseyn oğlu (21 avqust 1963, Bakı – 2 oktyabr 2011, Danimarka) — polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi. ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri (2001).
Elxan Hüseynov | |
---|---|
azərb. Hüseynov Elxan Hüseyn oğlu | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Hillerod, Danimarka |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Kəmalə Hüseynova |
Uşaqları | Emil, Kərim Hüseynov |
Təhsili |
Naxçıvanski adına hərbi lisey NATO Hərbi Akademiyası |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1976-cı ildən |
Rütbəsi | polkovnik |
Elxan Hüseynov 1963-cü il avqust ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdaş rayonunun Qolqəti kəndindəndir. O, 1976-cı ildə Bakı şəhəri Nizami rayonundakı N saylı məktəbi bitirdikdən sonar general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil almışdır. O, 1980-ci ildə həmin məktəbi bitirmiş və ali hərbi təhsilini Azərbaycan SSR Rəyasət Heyəti adına Ali Ümumqoşun Zabitlər məktəbində davam etdirmiş və 1984-cü ildə oranı fərqlənmə diploma ilə tamamlamışdır. 1998-ci ildə isə NATO Hərbi Akademiyasını Fərqlənmə ilə bitirmişdir.
Elxan Hüseynov 1984-1986-cı illərdə Əfqanıstanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışmışdır. O burada döyüşlərin birində qəlpə yarası almışdır. 1986-cı ildə kapitan rütbəsinə layiq görülən Elxan Hüseynov 1988-ci ilə kimi Türküstan Hərbi Dairəsində bölük komandiri, 1988-1990-cı illərdə Macarıstanda Qərb Hərbi Dairəsində bölük komandiri, 1990-1991-ci illərdə isə Ukrayna Hərbi Dairəsində tabor komandirinin müavini vəzifəsində işləmişdir.
O, Əfqanıstanda iki il döyüşmüş və bu müddətdə bir neçə dəfə ordenlə təltif olunmuşdur. Elxan Hüseynov ümumilikdə aşağıdakı orden və medallarla təltif edilmişdir: Qırmızı Ulduz ordeni, şücaətə görə 3 ədəd medal, xidmətə görə 2 ədəd medal.
Azərbaycan Diasporunun "Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri idi və ehtiyatda olan polkovnik olaraq lobbiçilik strategiyasını hərbi taktikalarla həyata keçirirdi.
Elxan Hüseynov bütün həyatını Azərbaycana həsr etmiş və diaspor işində önəmli xidmətləri olan diaspor rəhbərlərindən olmuşdur. Azərbaycanın Danimarkada tanıdılması yolunda təqdirəlayiq xidmətləri olmuşdur. Danimarka Azərbaycan həqiqətlərinin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.
2011-ci il oktyabr ayının 2-də Danimarkada ömrünün 48-ci ilində uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmişdir.
Danimarka parlamentinin türk əsilli millət vəkili Hüseyin Arac Elxan Hüseynov haqqında demişdir:
Onun özü dəfələrlə məni Danimarka parlamentində ziyarət edib, Azərbaycanda bir milyon məcburi köçkünün vəziyyəti haqqında geniş bilgilər verirdi. Xüsusilə, onunla Danimarka-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün birgə uğurlu çalışmalarımız olub. O, ciddi, səmimi və mübarizəsinə inanan insan idi. Yaxın dostumu itirmək mənimçün olduqca ağırdır. Onun ailəsinə başsağlığı verirəm. Elxanın yolu davam etdirməlidir ki, onun ruhu şad olsun[2] |