Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı.
Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir:[1]
Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır.[1]
Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.[1]
28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir.[1]
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |