Emil Elman oğlu Əliyev (25 fevral 1986; Naxçıvan, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidməti'nin mayoru, Mil Mi-17 helikopterinin pilotu, Qaraheybət şəhidi.
Emil Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2008 — 2022 |
Rütbəsi | Mayor |
Təltifləri | [1] |
Emil Əliyev 1986-cı il 25 fevral tarixində Naxçıvanda anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvanda, 1996-cı ildən isə Bakıda 36 saylı məktəbdə təhsil alıb.
2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə Şəhid olmuşdur.[2]