Qaraheybət helikopter qəzası

Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi[1][2]Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması.[3][4] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[5][6] Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.[7]

Qaraheybət helikopter qəzası
Helikopterin qalıqları
Helikopterin qalıqları
Ümumi məlumatlar
Tarix
  • 30 noyabr 2021 (2021-11-30)
  • 10:40
Qəza növü CFIT
Qəza səbəbi Müəyyənləşdirilir
Yer Xızı rayonu
Ölkə Azərbaycan Azərbaycan
Sərnişin sayı 16
Yaralı sayı 2
Ölü sayı 14
Helikopter
Helikopter modeli Mil Mi-17-1V
Qalxma yeri Səngəçal aerodromu
İstiqamət "Qaraheybət" təlim mərkəzi

Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.[8]

Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir.

"Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir.[9] Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. Bunlardan İkinci Qarabağ müharibəsində də istifadə olunmuşdur. O həmçinin, helikopterin pilot barədə danışarkən onun birinci dərəcəli pilot olduğunu bildirmişdir, onu "canlı əfsanə" adlandırmışdır.[10] DSX-nin rəhbəri Elçin Quliyev pilot Fizuli Cavadovun təcrübəli olduğunu vurğulamış və onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin demək olar yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdir.[11] DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir. Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra, helikopter tapşırığa göndərilir. Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.[9]

Azərbaycan tarixində ən dəhşətli helikopter qəzası 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndində yaxınlıqlarında baş vermişdir. Qarakənd faciəsi kimi bilinən hadisə nəticəsində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və başqaları olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdur. 24 iyul 2019-cu il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təlim uçuşları həyata keçirən MİQ-29 təyyarəsi qəfil radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşəndən sonra pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüş, uzun axtarışlardan sonra pilotun nəşi tapılmışdır.[12]

2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən[13] Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı[7] Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[14][15][16]

Helikopterin qara qutusunun tapıldığını deyən Quliyev hadisədə heç bir kənar qüvvənin iştirakı olmadığını əlavə etmişdir.[17] Qəzanın səbəbi kimi ilkin ehtimallar olaraq pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəb irəli sürülmüşdür.[18] Hadisə nəticəsində yaralanmış Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı baş verdiyini bildirmişdir. Onun sözlərinə görə, helikopter təzə idi və onun hər bir şeyi yoxlanılmışdı. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı, proqnoza görə külək günortadan sonra olmalı idi. Digər yaralı Ramil Ədilov da çox küləyin və heç bir kənar müdaxilənin olmadığını bildirmişdir.[19]

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.[20] Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədov rəhbərlik etmişdir.[21] 2 dekabrda helikopterin qara qutusu tədqiq edilsin deyə Rusiyanın Kazan şəhərinə, helikopterin istehsal olunduğu zavoda göndərilmişdir.[22] Qəzaya nəyin səbəb olduğu dərhal açıqlanmayıb.[23]

Qara qutuların tədqiqi zamanı müəyyən olunub ki, helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində, eniş zamanı küləyin təsiri nəticəsində helikopterin uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metrə qədər dəyişib.[24]

Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuşdur.[25] Həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilmiş,[26] müayinə olunduqdan sonra növbəti gün morqdan çıxarılaraq[27] DSX-nin "Sərhədçi" İdman Kompleksində onların vida mərasimi keçirilmişdir.[28][29] Həlak olanların çoxusu II Şəhidlər xiyabanında,[30] Fərid Nağıyev isə Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur.[31] Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev qəzada həlak olan əsgərlərə şəhid statusunun veriləcəyini demiş, Azərbaycan Prezidenti İlham Əliyevin hadisənin təfərrüatlarının daha da aydınlaşdırılması, şəhidlərin dəfn edilməsi və yaralıların müalicəsi üçün lazım olan hər şeyin edilməsi ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırmışdır.[17] Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların "şəhid" olduğunu bildirmiş, bu statusda nəzərdə tutulan bütün ödənişlərin onların ailələrinə ödəniləcəyini, mənzil və avtomobil təminatı olacağını əlavə etmişdir.[32] DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı:[33]

  1. Cavadov Fizuli Əli İbram oğlupolkovnik
  2. Nəbiyev Elçin Fikrət oğlupolkovnik[34]
  3. Nəzirov Emil Nəzir oğlupolkovnik
  4. Həsənov Elmir Mircəlil oğlumayor
  5. Əhmədov Elbrus Səmrəddin oğlumayor
  6. Mayılov Emil Şahid oğlumayor
  7. Məmmədov Murad Yaşar oğlumayor
  8. Əliyev Emil Elman oğlumayor
  9. Əhmədxanov Ceyhun Xanlar oğlu — tibb xidməti kapitanı
  10. Bayramlı Cavid Əhliman oğlukapitan
  11. Əliyev Xəyyam Əlixan oğlukapitan
  12. Qaraisayev Teymur Ənvər oğlukapitan
  13. Nağıyev Fərid Təyyar oğlubaş leytenant
  14. Süleymanov Abdulla Telman oğluleytenant

Qəza nəticəsində bir polkovnik və bir kapitan isə yaralanmışdır.[25] Quliyev qəza zamanı xəsarət alan iki hərbçi ilə telefonla danışdığını və onların səhhətinin normal olduğunu bildirmişdir.[17] DSX-nin Mətbuat Mərkəzinin 4 dekabrda verdiyi məlumata görə, hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.[35] DSX-nin məlumatına görə, hadisə nəticəsində yaralananların siyahısı:[33]

  1. Cəfərov Emil Məmməd oğlu — polkovnik-leytenant
  2. Ədilov Ramin Ramiz oğlu — kapitan

Azərbaycan Prezidenti İlham Əliyev[36]vitse-prezident Mehriban Əliyeva həlak olanların ailələrinə başsağlığı veriblər.[37][38] Milli Məclisin sədri Sahibə Qafarova qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı vermişdir.[39] DSX rəisi, general-polkovnik Elçin Quliyev həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş və qeyd etmişdir ki, "onların xatirəsi daima yaşayacaq".[40] Quliyev 2 dekabrda+ DSX-nın digər vəzifəli şəxsləri ilə birlikdə həlak olan hərbi qulluqçular Cavadov və Əliyevin məzarlarını ziyarət etmişdir.[41] Milli Məclisin 3 dekabrda keçirilən payız sessiyasının plenar iclasında[42] qəzada həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.[43]

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Xızıda faciəvi helikopter qəzası xəbərinin onu kədərləndirdiyini bildirmiş, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı vermişdir.[44] Türk Dövlətləri Təşkilatı[45] və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)[46] Azərbaycana başsağlığı vermişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərə başsağlığı verib.[47] Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə başsağlığı vermişdir. Türkiyə Xarici İşlər Nazirliyi,[48] Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın,[49] Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun,[50] Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir,[51] Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy,[52] Türkiyənin İYİ Partiyanın sədri Meral Akşenər,[53] Türkiyənin sabiq baş naziri Binəli Yıldırım,[54] Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar[55] Azərbaycan xalqına başsağlığı vermişdir.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı vermişdir.[56] Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı vermişdir.[57] İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan Respublikası hökumətinə və xalqına, həmçinin hərbi helikopterin faciəvi qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermişdir.[58] İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı vermişdir.[59] Ukrayna Baş prokuroru İrina Venediktova Azərbaycana başsağlığı vermişdir.[60] Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.[61] Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.[62]

ABŞ-nin Azərbaycandakı səfiri Örl Litzenberger,[63] Avstraliyanın Azərbaycandakı səfirliyi,[64] Belarusun Azərbaycandakı səfirliyi,[65] İranın Azərbaycandakı səfirliyi,[66] İtaliyanın Azərbaycandakı səfirliyi,[67] Fələstinin Azərbaycandakı səfirliyi,[68] Fransanın Azərbaycandakı səfiri Zakari Qross,[69] Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp,[70] Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema,[71] Xorvatiyanın Azərbaycandakı səfirliyi,[72] İndoneziyanın Azərbaycandakı səfirliyi,[73] İsrailin Azərbaycandakı səfiri Corc Dik,[74] Qazaxıstanın Azərbaycandakı səfirliyi,[75] Serbiyanın Azərbaycandakı səfirliyi,[76] Slovakiyanın Azərbaycan səfirliyi,[77] Gürcüstanın Azərbaycan səfirliyi,[78] Pakistanın Azərbaycandakı səfirliyi[79], Rusiyanın Azərbaycandakı səfirliyi[80] və Yaponiyanın Azərbaycandakı səfirliyi[81] hərbi helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdir.

Konspirasiya nəzəriyyələri

[redaktə | mənbəni redaktə et]

Helikopter qəzası ilə bağlı ilk anlardan müxtəlif iddialar dövriyyəyə buraxılmışdır. Çoxları, o cümlədən ciddi analitiklər əminliklə iddia edirdilər ki, qəza hansısa xarici qüvvənin işidir və hökumət bunu basdırmağa çalışır.[82] Bəziləri qəzada həlak olan hərbçilərin sui-qəsdə məruz qaldığını irəli sürmüşdür. Helikopterdə 16 nəfərlik heyət olması hərbi qaydalara uyğun olub-olmaması, yüksək rütbəli zabitlərin bir helikopterə mindirilməsi də sual doğurmuşdur.[83] AşqabaddaSoçidə Azərbaycan üçün əldə olunan uğurlu nəticələrdən dərhal sonra baş verməsi Azərbaycan ictimaiyyətində suallar yaratmışdır. Əlavə olaraq, ictimaiyyət daxilində qəza ilə Qarakənd faciəsinin müqayisəsi aparılmışdır.[84][85] Həmçinin, bəzi nəzəriyyələrdə həlak olanların "narkoticarətin üstünü açmış zabitlər " olduğunu deyərək sui-qəsd ehtimalı müdafiə edilmiş, bəzilərində isə helikopterin "Rusiya qırıcısı tərəfindən göydə vurulduğu" iddia edilmişdir.[86] Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyini düşünənlər də hər hansı nasaz avadanlıqların məmur korrupsiyası ilə əlaqələndirilə biləcəyini iddia edərək hökuməti günahlandırırlar.[82] Bu kimi nəzəriyyələrin formalaşmasında əsas problem kimi Türkiyənin dövlət qurum və siyasi xadimlərinin başsağlığı ünvanlamalarına baxmayaraq, Azərbaycanın dövlət qurumlarından buna ətraflı münasibətin bildirilməməsi idi. Qəzadan 5 saat yarım keçəndən sonra ictimaiyyətə həlak olan və yaralanan hərbçilərin adı, hadisənin ilkin səbəbi isə ondan da 2 saat sonra açıqlanmışdır. Əlavə olaraq, DSX-nin rəisi Quliyevin brifinqinə mətbuat cəmi bir neçə dəqiqə qalmış çağırılmış, bu səbəbdən də mətbuatın kiçik bir qismi qatılmağa çatmışdır.[87] Helikopterin qara qutusunun Rusiyaya göndərilməsi də təxribat versiyasının səsləndirilməsində rol oynamışdır.[22]

Bakıda yerləşən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bildirmişdir ki, "düşmən sakitliklə öz işini davam etdirir. Bir qəzada bir neçə məqsədinə nail oldu." Oruclu bu "düşmənin" adını çəkmədən, qəzanın Azərbaycanın "bütün silah və texnikaları düşməndən almasını" və Azərbaycanın "Xəzər dənizində yalnız düşmənlə birgə" fəaliyyət göstərməsini təmin etmək cəhdi olduğunu təkid etmidir. Burada o, "düşmən" dedikdə Rusiyanı nəzərdə tuturdu. Jurnalist Mehman Hüseynov yazmışdır ki, "köhnə, istismar müddəti bitmiş texnikanı orduya alıb verənlərin kimliyini araşdırmaq lazımdır" və yalnız bundan sonra "hər şey aydınlaşacaq".[82]

Politoloq Zərdüşt Əlizadə konspiroloji fikirləri rədd edərək hadisədə heç bir şübhəli məqamın olmadığını bildirmişdir. O, bunun birinci qəza olmadığını vurğulamış və bütün dünyada bu cür qəzaların baş verdiyini əlavə etmişdir.[85] Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkələrdə rəsmi məlumat olmadan həlak olanların siyahısına adların əlavə edilməsini tənqid etmişdir. O əlavə etmişdir ki, "bu, ailələr üçün travma ola bilər".[88] Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev qeyd etmişdir ki, "bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədlər üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır". Əliyev əlavə etmişdir ki, bu kimi şəxslər barədə ölkə qanunvericiliyində nəzərdə tutulan "ən sərt tədbirlərin görülməsi təmin ediləcək", son olaraq bildirmişdir ki, "bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir".[89] Milli Məclisin deputatı Naqif Həmzəyev qəzadan sonra "həmişə olduğu kimi sosial şəbəkələrdə müxtəlif versiyalar və təkliflərin" səsləndiyini qeyd etmiş, irəli sürülən ehtimalların "nəticə etibarilə müxtəlif yanlış informasiyaların tirajlanmasına gətirib çıxartdığını" bildirmiş və bilərək və ya bilməyərəkdən saxta məlumatları "tirajlayaraq ictimaiyyəti çaşdırdıqlarını" söyləmişdir. O həmçinin, DSX rəhbəri Elçin Quliyevin sözlərindən sitat gətirərək bildirmişdir ki, "kənar müdaxilədən söhbət gedə bilməz".[84] Hərbi ekspert Üzeyir Cəfərov iddialara cavab olaraq qəzada təxribatın olması haqda danışarkən bildirmişdir ki, bu, "ümumiyyətlə mümkün deyil".[90] Hərbi ekspert Ramil Məmmədli sosial mediada həqiqətə uyğun olmayan məlumatların yayıldığını qeyd etmişdir.[83] "Caliber"in layihə müəllifləri qeyd etmişdir ki, "faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən konspirologiya sevərlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyaları irəli sürüblər".[91] Hərbi ekspert Ədalət Verdiyev bildirmişdir ki, cəmiyyətdə bu məsələlər qarışdırılmamalıdır. Onun sözlərinə görə, helikopter qəzasını Qarakənd faciəsi ilə əlaqələndirənlər dərindən yanlışa yol vermişdilər. Ekspert bildirmişdir ki, "hadisənin baş vermə səbəbləri haqqında çox şey danışmaq" olar, lakin "söylənən fikirlər bizi əsl reallıqdan yayındıra bilər".[92] Hərbi ekspert Emin Həsənli bununla əlaqədar demişdir ki, "bir qrup bu məsələlərdən siyasi məqsəd güdür" və sanki "hansısa bir problemin olmağını gözləyirlər". O bildirmişdir ki, "ordudan siyasi məqsədlər üçün istifadə etmək olmaz".[93] Hərbi ekspert Ruslan İmamquliyevə görə, "araşdırmalar aparılmadan heç bir ekspertin, yaxud sıradan bir şəxsin bu haqda rəy verə bilmə səlahiyyəti yoxdur".[94] Hərbi ekspert Üzeyir Cəfərov qəzanın bir təxribat olması versiyasını "şəhidlərə qarşı hörmətsizlik" adladırmışdır.[95]

Saleh Rüstəmov üçün aksiya

[redaktə | mənbəni redaktə et]

1 dekabrda Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə Bakının mərkəzində aksiya keçirilmişdir.[96] Aksiya Qaraheybətdə həlak olan hərbçilərin ümumxalq vida mərasimi ilə üst-üstə düşdüyünə görə bəzi lokal media qurumu tərəfindən bu, "şəhidlərin xatirəsinə hörmətsizlik" kimi qələmə verilmiş,[97] "təxribat" adlandırılmışdır.[98]

Əli Əliyevin həbsi

[redaktə | mənbəni redaktə et]

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 9 dekabr 2021-ci il tarixində Sevinc Osmanqızının YouTube kanalı olan Osmanqızı TV-də Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində fikirlər və iddialar səsləndirmişdir. Qəzada yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Şikayətçilər məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib. 13 yanvar 2021 tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında Əli Əliyevə 5 ay həbs cəzası verilib.[99][100]

  1. Anar. "Qaraheybət faciəsi: Bu suallar cavabsız qaldı... - Video". Axar.az (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  2. ""Qaraheybət" faciəsi ilə bağlı dezinformasiyaları kimlər yayır?". Baku TV (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  3. "Military helicopter crash in Azerbaijan kills 14, wounds 2". Associated Press (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021 – The Times of Israel vasitəsilə.
  4. "Azerbaijan says 14 people killed in military helicopter crash - RIA". RIA (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021Reuters vasitəsilə.
  5. "Military helicopter crash in Azerbaijan kills 14". Washington Post (ingilis). 30 noyabr 2021. İstifadə tarixi: 1 dekabr 2021.[ölü keçid]
  6. "Azerbaijan says 14 dead in military helicopter crash". Hürriyet Daily News (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  7. 1 2 "14 killed in military helicopter crash in Azerbaijan". JAMNews (ingilis). 30 noyabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  8. "Azerbaijani military helicopter crash kills 14 onboard". Xinhua (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  9. 1 2 "DSX-nin helikopteri uçuşa belə hazırlanırdı... - Mi-17-nin özəllikləri". Hürriyət (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  10. "Qəzadan sağ çıxan hərbçilər danışdı - Video". Qafqazinfo (az.). 1 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  11. Nazimqızı, Şəfiqə. "DSX rəisi: "Helikopter demək olar yenidir, qısa müddət öncə təmir işləri aparılıb"". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  12. "Turkey condoles with Azerbaijan over deadly helicopter crash [PHOTO]". AzerNews (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  13. "Military helicopter crash in Azerbaijan kills 14". The National (ingilis). 1 dekabr 2021. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  14. "14 Killed In Azerbaijan Military Helicopter Crash". NDTV (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  15. "Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)". Qaynarinfo (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  16. "DSX rəisi: "Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb"". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  17. 1 2 3 "Son dakika: Azerbaycan'da askeri helikopter düştü: 14 asker şehit oldu". Hürriyet (türk). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  18. "Helikopter qəzasının ilkin səbəbi AÇIQLANDI" (az.). 30 noyabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  19. "Qəzadan sağ çıxan hərbçilər danışdı - VİDEO". Modern.az (az.). 1 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  20. "Baş prokuror DSX-nin helikopterinin qəzaya uğraması məsələsini nəzarətə götürdü - VİDEO". Oxu.az (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  21. "Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini rəhbərlik edir". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  22. 1 2 "Qəzaya uğrayan helikopterin "qara qutusu" ilə bağlı açıqlama- VİDEO". Olke.az (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  23. "Military helicopter crash in Azerbaijan kills 14". Associated Press (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021 – WFMZ-TV vasitəsilə.
  24. "DSX-nin hərbi helikopterinin qəzaya uğramasından və 14 nəfərin şəhid olmasından iki il keçir". Oxu.Az (az.). 2023-11-30. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  25. 1 2 "Military Helicopter Crashes In Azerbaijan, Killing 14". Azadlıq Radiosu (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  26. Nazimqızı, Şəfiqə. "Hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların nəşi Bakıya gətirilib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  27. Bəhruzi, Nərmin. "Helikopter qəzasında həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  28. Qərib, Səid. "Bu gün helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  29. Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  30. Qərib, Səid. ""Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  31. "Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib". Report İnformasiya Agentliyi (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  32. Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib". Report İnformasiya Agentliyi (az.). 4 dekabr 2021. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2021.
  33. 1 2 Lmahamad, Ayya. "Azerbaijan:14 officers killed, two wounded in helicopter crash [PHOTO/VIDEO]". AzerNews (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  34. "Dünən şəhid olan Nəbiyev ehtiyatda olan polkovnik idi". Qafqazinfo (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  35. Nəsibli, İsmayıl. "Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb". Report İnformasiya Agentliyi (az.). 4 dekabr 2021. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2021.
  36. "Azerbaycan'da askeri helikopter tatbikat sırasında düştü!". HaberTürk (türk). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  37. "Military helicopter crash in Azerbaijan kills 14". ABC News (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  38. "Helicopter crash in Azerbaijan kills 14". Khaleej Times (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  39. Vahid, Firuzə. "MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veri". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  40. Kazımoğlu, Mirmahmud. "Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər"". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  41. Nəsibli, İsmayıl. "DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib". Report İnformasiya Agentliyi (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  42. Kazımoğlu, Mirmahmud. "Milli Məclisin iclası başlayıb". Report İnformasiya Agentliyi (az.). 3 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  43. Kazımoğlu, Mirmahmud. "https://report.az/milli-meclis/milli-meclis-helak-olan-herbi-qulluqcularin-xatiresi-1-deqiqelik-sukutla-yad-edib/". Report İnformasiya Agentliyi (az.). 3 dekabr 2021. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  44. Tağıyev, Anar. "BMT rəsmisi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  45. Öztürk, Alparslan. "Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  46. Əliyeva, Ceyla. "GUAM helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  47. "Son dakika haberi: Cumhurbaşkanı Erdoğan'dan Aliyev'e taziye telefonu". Hürriyet (türk). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  48. "Azerbaycan'da helikopter kazası: Çoğu yüksek rütbeli 14 asker şehit oldu". Akşam (türk). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  49. "Siyasilerden Azerbaycan'a taziye mesajları". TRT Haber (türk). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  50. Novruzov, Kənan. "Fəxrəddin Altun: "Azərbaycanın kədəri Türkiyənin kədəridir"". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  51. Tağıyev, Anar. "Türkiyə Prezident Administrasiyasının rəsmisi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  52. Öztürk, Alparslan. "Türkiyəli nazir Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  53. Öztürk, Alparslan. "Meral Akşener: "Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun"". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  54. Öztürk, Alparslan. "Binəli Yıldırım: "Azərbaycanlı qardaşlarımızın başı sağ olsun"". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  55. Tağıyev, Anar. "Selçuk Bayraktar: "Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı"". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  56. "Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı verdi". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
  57. "Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
  58. "Iran offers condolences to Azerbaijan over helicopter crash". MehrNews (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  59. Fərzəliyev, Süleyman. "İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycanın müdafiə nazirinə başsağlığı verib". Azəri Press Agentliyi. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
  60. Nəsibli, İsmayıl. "Ukrayna Baş prokuroru Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  61. Babayeva, Cəmilə. "Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  62. "Misir XİN Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  63. Öztürk, Alparslan. "ABŞ səfiri Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  64. Əliyeva, Ceyla. "Avstraliya səfiri Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  65. Öztürk, Alparslan. "Belarus səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  66. "Iran extends condolences to Azerbaijan over military helicopter crash". AzerNews (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  67. Öztürk, Alparslan. "İtaliya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  68. "Fələstin səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  69. Vahid, Firuzə. "Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  70. Öztürk, Alparslan. "Britaniya səfiri Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  71. Tağıyev, Anar. "Niderland səfiri: "Xızıdakı helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi"". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  72. Əliyeva, Ceyla. "Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  73. Oqtay, Nərgiz. "İndoneziya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  74. Paşkin, Zümrüd. "İsrail səfiri helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  75. Öztürk, Alparslan. "Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  76. Oqtay, Nərgiz. "Serbiya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  77. Oqtay, Nərgiz. "Slovakiya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  78. Babayeva, Cəmilə. "Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı ünvanlayıb". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  79. Öztürk, Alparslan. "Pakistan səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  80. Öztürk, Alparslan. "Rusiya səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  81. Sultanova, Pərvanə. "Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib". AzVision (az.). 1 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  82. 1 2 3 İsayev, Heydər. "Military helicopter crash kills 14 officers in Azerbaijan" (ingilis). 1 dekabr 2021. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  83. 1 2 "Helikopter qəzasının yaratdığı suallar, verilən reaksiyalar və kəmfürsət mövqelər". Hürriyət (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  84. 1 2 Cavid, Nəzrin. "Deputat: "Rusiya istehsalı olan helikopterin Azərbaycanda istifadə edilməsi qəbahət deyil"". Pravda.az. 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  85. 1 2 "Politoloq: Bütün dünyada belə qəzalar baş verir - burda şübhəli bir məqam yoxdur". Bakıvaxtı.az (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  86. Hun, Orxan. "Hərbi helikopter niyə qəzaya uğradı?". Milli.az (az.). 30 noyabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  87. "DSX-nin yarıtmaz informasiya siyasəti və helikopter qəzasının gün üzünə çıxardığı həqiqət". Report İnformasiya Agentliyi (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  88. "Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI". Modern.az (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  89. "Baş prokuror: "Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir"". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  90. Amilqızı, Alçina. ""Təxribat olsa, icazə verirəm üzümə tüpürün!" – Helikopter qəzasından danışan ÜZEYİR CƏFƏROV - VİDEO". Azerforum.com. 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  91. ""Caliber" DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO". Hürriyət (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  92. "Qəzaya əslində nə səbəb olub? - "4 ehtimal var" / Yüksək rütbəli zabitlərin eyni helikopterdə olması…". Hürriyət (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  93. Aslan, Aytac. ""Ordu, şəhid, qazi mövzusu siyasi məqsədlər üçün istifadə edilə bilməz"- Hərbi ekspert". Bakıvaxtı.az (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  94. Paşasoy, Elşad. ""Qaraheybət" qəzasından sui-istifadə etmək istəyənlərin məqsədi - "qara qutu" suallara cavab verəcək..." Müsavat (az.). 2 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2021.
  95. Adil, Nigar. ""Qaraheybət"də "Qarakənd" izi ?..." Modern.az (az.). 1 dekabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  96. "Qardaşı: 'Saleh vəzifəyə keçəndən sonra bizə ticarəti qadağan elədi'". Azadlıq Radiosu (az.). 2 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021.
  97. "Radikallar şəhidlərə hörmətsizlik etdi". AzVision (az.). 1 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021.
  98. Şahin, Mir. "Yaqublu şou göstərəndə Avropada bu müzakirə gedirdi". Axar.az (az.). 5 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021.
  99. "Arxivlənmiş surət". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
  100. "Arxivlənmiş surət". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.