Emil Balayev

Emil Nazim oğlu Balayev (17 aprel 1994[1][2][…], Volqoqrad) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və Azərbaycan milli futbol komandasında çıxış edən peşəkar qapıçı.

Emil Balayev
Ümumi məlumatlar
Tam adı Emil Nazim oğlu Balayev
Doğum tarixi 17 aprel 1994(1994-04-17)[1][2][…] (29 yaş)
Doğum yeri Volqoqrad, Rusiya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 189 sm
Mövqeyi Qapıçı
Klub haqqında məlumat
Klub Azərbaycan Neftçi
Nömrəsi 12
Karyerası
Klub karyerası[* 1]
2011–2014 Azərbaycan Neftçi 12 (0)
2011–2012 Azərbaycan Sumqayıt 0 (0)
2013–2014 Azərbaycan Araz-Naxçıvan 8 (0)
2015–2016 Almaniya Ayntraxt Frankfurt 0 (0)
2016–2017 Azərbaycan Qarabağ 0 (0)
2017–2018 Azərbaycan Səbail 38 (0)
2019–2020 Qazaxıstan Tobol 31 (0)
2020 Azərbaycan Zirə 1 (0)
2020—2022 Azərbaycan Qarabağ 19 (0)
2022 Qazaxıstan Turan 1 (0)
2022–2023 Azərbaycan Səbail 35 (0)
2023–h.h Azərbaycan Neftçi 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 29 iyun 2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Gənc oyunçu kimi Balayev Neftçinin gənclər klubunun üzvü olub, 2011-ci ildən Neftçidə çıxış edib . Balayev 2012-ci ilin sentyabrında Sumqayıt FK-ya qarşı Azərbaycan Premyer Liqası qarşılaşmasında Neftçi klubunda debüt etdi. 2013-cü ildə Balayev mövsümü icarə əsasında Araz-Naxçıvanda keçirib.

Balayev 2014-cü ilin yanvar ayında Neftçi FK -dan Bundesliqanın Ayntraxt Frankfurt FK-a klubuna tranfer olundu , ancaq o, Ayntraxt Frankfurtda heç bir oyun keçirmədi. 2019-cu ilin yanvarında Balayev Səbaildən Qazaxıstanın "Tobol" klubuna keçdi. 9 il mart 2019-da Qazaxıstan Premyer Liqasında Tobol üçün peşəkar debütünü, 3:0 hesabı ilə başa vuran "İrtış Pavlodar" klubuna qarşı ev matçında başlamışdır. 2020-2022-ci illərdə Emil Balayevin klubu "Qarabağ" olub. 2022-ci ilin fevral ayında tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər və Emil Balayevin "Turan"a (Qazaxıstan) keçidi rəsmiləşib. Lakin imzalanan müqavilənin detalları açıqlanmayıb.[3]

Neftçi[redaktə | mənbəni redaktə et]

28 iyun 2023-cü ildə "Neftçi" Emil Balayevi transfer etdiyini açıqladı.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Emil Balayev // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Emil Balayev // FBref.com (çd.).
  3. "Emil Balayev rəsmən Qazaxıstan klubunda". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-05.
  4. ""Neftçi" ilk transferini rəsmiləşdirdi | Neftçi pfk". neftchi.az (az.). 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]