Xasay xan Usmiyev

Xasay xan Usmiyevçar ordusunun qumuq general-mayoru, Xurşidbanu Natəvanın birinci əri.

Xasay xan Usmiyev

qum. Хасай-Хан Мусаевны уланы

Xasay xan Musayeviç Usmiyev
Doğum tarixi
Doğum yeri Yaxsay, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Voronej, Voronej quberniyası, Rusiya imperiyası
Həyat yoldaşı Xurşidbanu Natəvan
Uşaqları Mehdiqulu xan Vəfa, Xanbikə xanım
Fəaliyyəti zabit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1808-ci ilin 3 aprel tarixində Ağsaylı qumuq əsilzadəsi Musa Xan Usmiyevin ortancıl oğlu olaraq dünyaya gəlmişdir. Sultan Murad (d. 1841) adında böyük qardaşı və Adil adında kiçik qardaşı olmuşdur. Bacısı Tuti Bikə Xanım İsmayıl bəy Qutqaşınlı ilə evlənmişdir. İsmayıl bəy Rusiya imperiyasının nə yüksək mükafatı olan Müqəddəs Georgi Ordeni ilə mükafatlandırılan ilk azərbaycanlıdır.

Uşaq ikən Tiflisə girov olaraq aparılmışdır. 1825-ci ildə Peterburqda yerləşən Pajes Korpusunu bitirdikdən ölümünə qədər Rusiya İmperator Ordusunda xidmət etmişdir. İlk öncə 43-cü Jaeger Alayında, 1833-cü ildən isə Xerson Qrenadyor Alayında xidmət etmişdir.[1] 1834-cü ilin mart ayının 22-də zabit olmuş və 1841-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir. 1844-cü ildə Qafqaz Korpusunda mayor, 1845-ci ildə polkovnik-leytenant, 1852-ci ildə isə polkovnik rütbəsinə yüksəlmişdir.

Bu zaman azərbaycanlı şairə və əsilzadə Xurşidbanu Natəvanla evlənmişdir.[2] Dindar sünni olaraq şiə Qarabağa gedərkən özü ilə sünni mollası Molla Məhəmmədi də götürmüşdür. Molla Məhəmməd ÜzeyirCeyhun bəylərin əcdadlarıdır. Bu evlilik Xurşidbanu xanımın qohumlarını, Qasım bəy Zakir də daxil olmaqla, razı salmamış və Xasay xana qarşı təzyiqlər olmuşdur. Qarabağ şairləri Xasay xanın bir qədər zəif olan sağ gözünü tez-tez öz şeirlərində lağlağı mövzusu etmişdirlər.[3]

1857-ci ildə siyasi səbəblərə görə Qafqaz Korpusunda xidmət etməyə göndərilmişdir.[4] Burad o, 1858-ci ildə Aleksandr Düma ilə görüşmüşdür. Düma onu parisli kimi, heç bir ləhcə olmadan fransızca danışan biri kimi təsvir etmişdir.[5] O, həmçinin qafqazlı ziyalılardan olan Fətəli Axundovla, Mirzə Şəfi Vazeh, Xaçatur AbovyanQabriel Sundukyan ilə əlaqədə olmuşdur.[6] Həyatının bu dövründə dekabrist olduğuna görə Qafqaza sürgün edilən Aleksandr Bestujev-Marlinski ilə dostluq etmişdir.

1861-ci ildə Dağıstandakı rus qoşunlarının komandanı təyin edilmiş və bir il sonra — 1862-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəlmişdir.[7]

İşdən çıxarılması və ölümü

[redaktə | mənbəni redaktə et]

Qafqazda xidmət edən bir digər rus generalı və irqçi rus millətçisi Rostislav Fadeyevin "Qafqazdan məktublar" əsərində Qafqaz müsəlmanlarını təhqir etmiş, onları "ağ adaşımn" yardımı olmadan həyatda qalmağı belə bacara bilməyəcək uşaqlara bənzətdiyini gürcü İrakli Qruzinskidən eşidən Xasay xan onu duelə çağırmışdır. Dueldə onu öldürməsə də, Xasay xan bu duel təklifinə görə sonradan təhlükəsizlik problemləri ilə qarşılaşmışdır. Dövlət dairələrindən ailəsi ilə birlikdə Osmanlı imperiyasına köçmək üçün icazə istəsə də, Terek əyalətinin başçısı erməni Mixail Loris-Melikov onu Sevastopola dəvət etmiş və 25 aprel 1866-cı ildə Voronejə sürgün etmişdir. Bu qərardan sonra özünü öldürməyə çalışsa da, uğursuz olmuş və 1867-ci ilin 3 may tarixində müəmmalı şəkildə ölmüşdür.

Həyatı boyunca 3 dəfə evlənmişdir:

  • Qaplanov soyundan bir xanım
    • Əzəmət Bikə (d. 18 sentyabr 1859)
  • Pəri xanım Həmzəyeva
    • Reyhanat Bikə (d. 12 iyul 1852)
    • Sotixan Bikə (d. 5 iyul 1859)
    • Musa Usmiyev (d. 4 avqust 1864)
    • Sultan Murad Usmiyev (d. 23 noyabr 1866)
  1. Ismayilov, Eldar. "Князья Уцмиевы в Азербайджане". Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri / Известия Азербайджанского историко-родословного общества (rus). 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  2. Berge, Adolf. "ГПИБ | Т. 6, ч. 2 : [Кавказ и Закавказье за время управления генерал от инфантерии Алексея Петровича Ермолова, 1816-1827]. - 1875". elib.shpl.ru. səh. 905. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
  3. Zakir, Qasım bäy. Seçilmiş äsärläri. Kamran Mämmädov. Bakı: Avrasia Press. 2005. 76. ISBN 9952421247. OCLC 255796531. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  4. "List of colonels by seniority in 1859 - Saint Petersburg, 1859, p. 114". 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  5. Dumas, Alexandre. Adventures in Caucasia (ingilis). Chilton Books. 1962. 142. ISBN 978-0-598-72218-8. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  6. "Кумыкский мир | Генерал Хасайхан Уцмиев". kumukia.ru. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-15.
  7. List of generals by seniority for 1866 Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine. — Saint Petersburg — 1866. p. 562