Ephedra strobilacea

Qozaburunlu acılıqotu (lat. Ephedra strobilacea) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.

Qozaburunlu acılıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İranda, Orta Asiyada geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır.

May ayında çiçəkləyir. Meyvələri iyun-iyul aylarında yetişir. Abşeronda Zirə, Türkan, Pirallahı qəsəbələri ətrafında çox az halda rast gəlinir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]