Erato (bilinmir – bilinmir) (arm: Էրատո; böyük ehtimalla eramızın 12-ci ilindən sonra Böyük Ermənistanın Artashat və ya Tiqranakert şəhərində vəfat etmişdir) - Böyük Ermənistan çariçası, Artaşes sülaləsinin sonuncusu, III Tiqranın qızı, IV Tiqranın bacısı və həyat yoldaşıdır.
Erato | |
---|---|
erm. Էրատո | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | suveren[d] |
Atası | III Tiqran |
Həyat yoldaşı | |
Ailəsi | Artaşes sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Eramızdan əvvəl 5-ci ildə Romalılar IV Tiqran və Eratonu taxtından məhrum edərək əsirlikdə olan III Artavazdeni Ermənistan kralı təyin etdilər, ancaq onu yalnız üç il müddətində taxtda saxlaya bilmişdirlər. Baş tutmuş çevrilişdən sonra IV Tiqran və Erato yenidən taxta çıxdılar. Lakin tezliklə IV Tiqran, şimaldan gəlib Ermənistana hücum edən alanlara qarşı baş vermiş olan bir döyüşdə öldürüldü və bundan sonra Erato taxtdan imtina etmişdir (Eramızın 1-ci ilində).
Bəzi məlumatlara görə, Erato 6-11/12-ci illərdə yenidən Böyük Ermənistanın kraliçası olmuşdur. Eratonun getməsi ilə Ermənistanda Artaşsis sülaləsinin hakimiyyəti sona çatmışdır.