Erik Kempbell

Erik Kempbell (ing. Eric Campbell, 26 aprel 1880[1]20 dekabr 1917[1], Los-Anceles, Kaliforniya[2]) – britaniyalı komik-aktyor, Çarli Çaplin lə qısametrajlı filmlərdə birgə iştirakı sayəsində məşhur olmuşdur.

Erik Kempbell
ing. Eric Campbell
Erik Kempbell
Erik Kempbell
Doğum tarixi
Doğum yeri Danun
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Los-Anceles
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
  • Angelus-Rouzdeyl qəbiristanlığı[d]
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1916-cı ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Erik Kempbell 1879-cu il 26 aprel tarixində (digər mənbələrə görə — 1878 və yaxud 1880) Şotlandiyanın Stratklayd qraflığının Danun şəhərciyində anadan olmuşdur. Uşaq yaşlarından səhnədə çıxış etməyə başlamışdır. 1901-ci ildə müzik-holl akrtisası Fanni Robotemlə evlənir. Bir müddət sonra isə Fred Karno nun məşhur teatr antreprizinə işə qəbul olur. Həmin dövrdə burada Çarli ÇaplinAlbert Ostin də işləyirdi. 1914-cü ildə Kempbell Karno truppasının qastrolları sayəsində ABŞ-yə gəlir. Nyu York da olan çıxışlar zamanı Kempbelli brodvey prodüseri olan Çarlz Froman görür. O, Kempbellə müqavilə təklif edir və aktyor iki ildən çox teatr tamaşalarında çıxış edir.

1916-cı ilin martında artıq tanınmış Hollivud komediya kino aktyoru olan Çaplin Kempbelli öz daimi truppasına dəvət edir. Kempbell Çaplinin qəhrəmanının daimi rəqibi olan Nəhəngin ampluasına çox müvafiq gəlirdi. Kempbellin boyunun uzunluğu 185 sm-dən yuxarı, çəkisi isə 100 kq-dan çox olduğundan kifayət qədər qorxunc görsənə bilərdi. Çaplinin filmlərindən onun obrazının daimi elementi kimi yuxarı qaldırılmış qalın qaşları və həmçinin uzun saqqalı olmuşdur. Kempbellin kinoda ilk rolu "Univermaq nəzarətçisi " (1916-cı il) filmi olmuşdur. Sonralar Çaplinin "Mutual" kompaniyası ilə olan kontrakta əsasən demək olar ki, bütün filmlərdə çıxış etmişdir.

Qısa zaman kəsiyində Kempbell tamaşaçıların böyük rəğbətini qazana bilir. Çaplin onu çox yüksək dərəcədə qiymətləndirmişdir. Onlar ekran zamanı bir-birilərini çox gözəl tamamlamış, həyatda isə sıx dostluq etmişdilər. 1917-ci ilin yayında Kempbellin aktyor taleyi tamamilə təmin olunmuşdur. Onu Meri Pikford özünün növbəti filmində çəkilməyə dəvət etmişdir, lakin bu vaxtlarda, 1917-ci il 9 iyul tarixində restoranda nahar zamanı onun həyat yoldaşı qəflətən ürək tutmasından dünyasını dəyişir. Növbəti günü onun 16 yaşlı qızı Una dəfn paltarı almaq üçün çölə çıxdığı zaman avtomobil qəzasına uğrayır və ciddi xəsarət alır.

Artıq 17 sentyabrda reabilitasiyada olan qızına heç bir şey demədən 5 gün əvvəl yığıncaqların birində tanış olduğu aktrisa Perl Qilmanla evlənir, lakin onların ailə həyatı bir-birinə uyğunlaşa bilmir və artıq 2 aydan sonra boşanırlar. Daha 2 aydan sonra isə, 20 sentyabr 1917-ci il tarixdə güclü alkoqollu içkili halda avtomobilin sükanı arxasında oturarkən avtomobilin idarəolunmasının öhdəsindən gələ bilməmiş və avtoqəzada həlak olmuşdur. Onun avtomobili elə bərk əzilmişdir ki, aktyorun cəsədini ordan 5 saat ərzində çıxartmaq mümkün olmuşdu.

Bədbəxtliklər aktyoru ölümündən sonra da tərk etməmişdir. Kremasiyadan sonra onun külünün urnası tələb olunmamış və 1952-ci ilə qədər dəfn edilməmişdir, lakin bununla belə indi Kempbellin dəfn olunma yeri dəqiq qeyd olunmamış və qəbir daşı isə demək olar ki, mövcud deyildir.

Kempbellin ölümü Çaplinə çox ağır təsir etmişdir. Onun sonrakı qısametrajlı filmləri nəzərə çarpacaq dərəcədə digər intonasiya ilə çəkilmişdir. Onların hamısında komik cəhət demək olar ki itmişdir. Erik Kempbellin iştirakı ilə 1910-cu illərdə "Mutual" üçün çəkilən qısametrajlı komediya filmləri Çaplinin rejissor yaradıcılığının zirvəsi hesab olunur.

Çarli Çaplinlə "İmmiqrant" filminin çəkilişlərində (1917-ci il)
  1. 15 may 1916 — Univermaq nəzarətçisi
  2. 12 iyun 1916 — Yanğınsöndürən
  3. 10 iyul 1915 — Avara
  4. 4 dekabr 1916 — Sketinq-rinq
  5. 22 yanvar 1917 — Sakit küçə
  6. 17 iyun 1917 — İmmiqrant
  7. 23 oktyabr 1917 — Macəra axtarışında

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • 1996-cı ildə Erik Kempbellin yaradıcılıq həyatına həsr olunmuş "Çaplinin Qoliafı" (Chaplin’s Goliath) adlı sənədli film çəkilmişdir.
  • 1996-cı ildə Kempbellin vətəni Danunda onun xatirəsinə memorial lövhə qoyulmuşdur.