Erməni muflonu (erm. Հայկական մուֆլոն, haykakan muflon; fars. گوسفند وحشی ارمنی)[1] və ya digər adları ilə Erməni qoyunu, Erməni vəhşi qoyunu[2][3], Erməni vəhşi qoyunu[4] və ya Transqafqaz qoyunu[5] (Ovis orientalis gmelini) — İran, Ermənistan və Azərbaycanın Naxçıvan bölgəsində endemik və təhlükədə olan məməli növü.[6]
Erməni muflonu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Erməni muflonu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Erməni muflonu ilk dəfə 1840-cı ildə Edvard Blit tərəfindən təsvir olunmuşdur. O, bu canlını 1774-cü ildə Samuel Qotlib Qmelin tərəfindən təsnif olunan Şərq qoyunu ilə eyniləşdirmişdir.[7][8][9]
Erməni muflonuna şimal-qərbdə rast gəlinir. Erməni muflonları 1896 və 1906-cı illərdə Urmiya gölündəki Kobudan adasından Azərbaycandakı qubernatorlardan biri tərəfindən köçürülmüşdür.[10] 1970-ci illərdə isə bu adadakı sayıları azalmışdır. 1970-ci ildə adada 3.500 muflon yaşadığı halda, 1973-cü ildə sayıları 1.000 olmuşdur. 2004-cü ildə isə İranın Zəncan ostanında Anguran Qoruma bölgəsində 1.658 erməni muflonu sayılmışdır.[11] 2009-cu ilə olan məlumata görə Ermənistanda 200 muflon yaşayır.[12]
Ermənistanda isə cənubda yerləşən Sünik mərzində rast gəlinir. (Daha az sayıda isə Ararat və Vayoc dzor mərzlərində)[13]
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında isə sayılarının 200-300 olduğu güman olunur.
Bu canlı əsasən orta və yüksək hündürlüklərdəki açıq sərt ərazilərdə, oval və dağlıq çöllərdə, qayalıq yarımsəhralarda, ot örtüklü yamaclarda və çəmənliklərdə yaşamağı sevir.
Yayı 6.000 metrə qədər hündülükdə, düz uzunmüddətli qarın aşağısında keçirirlər. Qışda onlar aşağı düşür və vadilərə qədər gələ bilərlər.
Onlar kiçik və ya da böyük sürülər şəklində yaşayırlar. Yayda qoca erkəklər tək yaşayır və ya ayrılmış qruplara qoşulur. 18 ilə qədər yaşaya bilərlər.
Erməni muflonu SSRİ Qırmızı kitabının I kateqoriyasında verilmişdi. Ermənistanda 1936-cı ildən ovlanması qadağan edilmişdir. 2011-ci ilə kimi Ermənistanda ovlanması 3 milyon dram (8.000 dollar) cəriməyə səbəb olurdu.[14]
İranda ovlanması sentyabr-fevral ayları arasında qoruqların xaricində ancaq xüsusi icazə ilə mümkündür. Qoruqların daxilində ev heyvanlarının otlamasına sərt şəkildə nəzarət olunur.