Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır.[1] Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır.[2]