Erməni xalq hərəkatı (erm. Հայոց Համազգային Շարժում (ՀՀՇ), ing. Pan-Armenian National Movement) – erməni radikal millətçi təşkilatı. 15 iyun 1980-ci ildə Afinada (Yunanıstan) təsis olunub. Dünyanın bir neçə ölkəsində nümayəndəlikləri var. Erməni terror təşkilatlarını və ASALA-nı dəstəkləyir. Təşkilat bir çox ölkələrdə sərgilər, elmi konfranslar, miting yürüş və piketlər təşkil etmişdir. Təşkilatın bir sıra aksiyaları həbsdə olan erməni terrorçularını dəstəkləməyə və onları "siyasi məhbus" kimi təqdim edib azadlıqa buraxılmasına nail olmağa hesablanmışdı. 1985-ci ildə Afinada təşkilat uydurma erməni soyqırımının 70-ci ildönümünə həsr olunmuş konfrans təşkil edir. Erməni xalq hərəkatı Qarabağdakı separatçılara maliyyə yardımının göstərilməsində, onları dünyaya tanıtmaqda aktiv iştrak edir. Ermənistanın Azərbaycana təcavüzü zamanı isə təşkilat münaqişə zonasına muzdluların eləcə də silah və sursatın göndərilməsi ilə məşğul idi.
Təşkilat öz ideyalarının təbliği üçün mütəmadi olaraq filmlər çəkir, kitablrar və broşurlar nəşr etdirir həmçinin Livanda, İsveçdə, yunan Kiprında, İranda və Ermənistanda təşkilatın qazet və jurnalları dərc olunur.