Ermənistan–Kanada münasibətləri

Kanada—Ermənistan münasibətləriKanadaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatının və Frankofoniyanın üzvləridir.

Kanada—Ermənistan münasibətləri
Kanada və Ermənistan
 Kanada  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Kanada 1991-ci ildə Sovet İttifaqının dağılmasından bir müddət sonra Ermənistanı tanıyır. 1992-ci ildə ölkələr rəsmi olaraq diplomatik əlaqələr qurur[1]. 1997-ci ildə Kanada İrəvanda fəxri konsulluq açır. Kanadanın Moskvadakı səfirliyi ölkənin maraqlarını Ermənistanda da təmsil edir. 1995-ci ildə Ermənistan Ottavada səfirliyini açır[2].

1999-cu ildə ölkələr arasında bir sıra müqavilələr imzalanmışdır: Ticarət və Kommersiya Sazişi; İnvestisiyaların Təşviqi və Qorunması Sazişi; Gəlir və Kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısının alınması və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş.

Kanadanın Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistana regional layihələr vasitəsilə maliyyə yardımı göstərir. Kanada Fondu Moskvadakı Kanada səfirliyi vastəsi ilə ticarət siyasətinin potensialının artırılması, kənd yerlərinin inkişafı, səhiyyə layihələri və Ermənistanda ətraf mühit proqramları daxilində idarə olunur.

2006-cı ildə Kanada rəsmi olaraq Qondarma Erməni Soyqırımını tanımışdır[2]. 2018-ci ilin oktyabrında Kanadanın Baş naziri Castin Trüdo 17-ci Frankofoniya Sammitində iştirak etmək üçün Ermənistanı ziyarət edir. Səfər zamanı Castin Trüdo ölkələr arasındakı münasibətləri daha da gücləndirmək üçün Ermənistan Prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan ilə görüşür[3].

Ticarət[redaktə | mənbəni redaktə et]

2017-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,7 milyon ABŞ dolları təşkil etmişdir. Ermənistanın Kanadaya ixracatı: qiymətli metallar və qiymətli daşlar, tekstil. Kanadanın Ermənistana ixracatı: qida məhsulları, maşınlar və kimyəvi məhsullar[4].

Kanadadakı erməni diasporu[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Kanada erməniləri

2011-ci il məlumatılarına görə Kanadada 55,740 erməni yaşayır. Kanadadakı erməni diasporasının əksəriyyəti Yaxın Şərqdən və bəzi Avropa ölkələrindən gəlir[5]. Kanadada son vaxtlar xüsusən Sovet İttifaqının dağılmasından sonra, Ermənistandan gələn köçlərin artması müşahidə olunur. Kanada ermənilərinin əksəriyyəti KvebekOntario əyalətlərində cəmləşmişdir və bu əyalətlərin ictimai həyatında fəal iştirak edirlər. Kiçik icmalar Britaniya Kolumbiyası, mərkəzi və sahilyanı əyalətlərində mövcuddur.

Diplomatik nümayəndəliklər[redaktə | mənbəni redaktə et]

Ermənistanın Ottavada səfirliyini vardır[6].

Ermənistanın Kanadadakı maraqları Moskvadakı səfirlik[7] və İrəvandakı fəxri konsulluq vasitəsi ilə təmsil olunur[8].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Relations between Canada and Armenia". 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  2. 1 2 "Bilateral relations between Armenia and Canada". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  3. "The Prime Minister concludes a successful visit to Armenia and his participation at the XVII Francophonie Summit". 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  4. "Canada-Armenia Relations". 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  5. "Canadian Encyclopedia article on "Armenians"". 2007-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  6. "Embassy of Armenia in Canada". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  7. "Embassy of Canada in Russia". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  8. "Honorary Consulate of Canada in Yerevan". 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.