Ermənistan–Türkmənistan münasibətləri

Türkmənistan–Ermənistan münasibətləriTürkmənistanErmənistan arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə SSRİ adlanan ittifaqa daxil olan respublikadan biri olmuşdur. 1991-ci ildə müstəqillik əldə etmişlər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıBirləşmiş Millətlər Təşkilatının üzvüdürlər[1].

Türkmənsitan–Ermənistan münasibətləri
Türkmənistan və Ermənistan
 Türkmənistan  Ermənistan

2015-ci ildə Türkmənsitan və Ermənistan arasında iki anlaşma, beş görüş protokolu, 3 memorandum və iki deklarasiya imzalanmışdır[2].

Türkmənistan və Ermənistan arasında diplomartik əlaqələr 9 oktyabr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında bir ilk olaraq 1993-cü ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ziyarət etmişdir. 1994-cü ilin iyulunda Ermənistanın Türkmənistanda səfirliyi açılır[3].

1997-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan Türkmənistanı ikinci dəfə ziyarət etmişdir.

2000-ci ildə Türkmənistana Prezident Robet Koçaryan səfər etmişdir. 2001-ci ildə isə Türkmənistan Prezidenti Sapaqrmurat Niyazov Ermənistanı ziyarət etmişdir. 1993 - 2007-ci ildək Ermənistanın Türkmənistandakı səfiri Aram Qrioryan olur. 1993-cü ildə ona Fövqəladə Xüsusi Səlahiyyətli Nümayəndə və Naziri Təmsil edən səlahiyyətli statusu verilir. 1997-ci ildə isə Aram Qriqoryana Fövqəladə və Səlahiyyətli Səfir təyin olunmuşdur.

2008-ci ilin sentyabrında Ermənistan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Badalyan təyin edilir.

2010-cu ilin avqustundan isə Türkmənistan Respublikasının Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Ata Sərdarov olur.

2010-cu ildə Türkmənistanı Ermənistan Prezidenti Serj Sarkisyan ziyarət etmişdir. 2012-ci ilin 29-30 noyabr tarixində isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Ermənistanda rəsmi səfərdə olmuşdur[4].

Ticari-iqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Türkmənistanın əsas idxal malları:xammal, plastik, kauçuk və trikotaj məhsulları. Ermənistandan əsas idxal olunan mallar: avadanlıqlar, qurğular, qiymətli və yarı qiymətli daşlar, hazır ərzaq məhsulları.

Türkmənistanın Ermənistandakı səfirliyi

[redaktə | mənbəni redaktə et]

Türkmənisyanın Ermənistan respublikasındakı səfirliyi 8 aprel 1992-ci ildə açılmışdır. Səfirliyin ünvanı: İrəvan ş., Erzinkyan k. 52.

2015-ci ildən Türkmənistanın Ermənistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Məhəmmədniyaz Maşalov təyin edilmişdir.

Toyli Nurmuradoviç Qurbanov (2000—2003)

Xıdır Məhəmmədberdiyeviç Saparlıyev (2005—2007)

Şorxat Cumayev (2008—2010)

Ata Sərdaraov (2010—2013) müvvəqəti işləri icra edən.

Qurbannəzər Nəzərov (2013—2015)

Məhəmmədniyaz Maşalov (2015—h.h.)

Ermənistanın Türkmənistandakı səfirliyi

[redaktə | mənbəni redaktə et]

Ermənistan Ermənitan Respublikasının Türkmənistandakı səfirliyi (Aşqabad ş.) 1994-cü ilin iyulunda açılmışdır. Səfirliyin ünvanı: Aşqabad ş., Kokand küçəsi, e. 20.

2008-ci ilin sentyabr ayından Ermənistan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vladimir Badalyandır.

Aram Qirqoryan (1994—2008)

Vladimir Badalyan (2008—h.h.)

  1. "Türkmənistan–Ermənistan münasibətləri". 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.
  2. "İkitərəfli münasibətlər — Türkmənsitan". 2011-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.
  3. "Дипломатические представительства в Армении". 2012-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.
  4. "Завершился официальный визит в Армению". 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.