Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı (erm. Ալեքսանդր Սպենդիարյանի անվան օպերայի և բալետի ազգային ակադեմիական թատրոն) 1933-ci ildən İrəvanda fəalliyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir.
Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1933 |
Mükafatları | |
Teatr binası | |
Açılıb | 20 yanvar 1933 |
Yerləşməsi | |
40°11′29″ şm. e. 44°31′07″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | İrəvan, Kentron[d] |
Ünvan | Թումանյան փող. 36[1] |
|
|
opera.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır.
1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir.
Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.
Açılışından bəri teatrdan 200-dən çox erməni və xarici bəstəkarlara məxsus müxtəlif opera və baletlər qoyulmuşdur. Teatrın truppası 20-dən artıq ölkədə çıxış etmişdir.