Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır.
Ermənistan Respublikasının Mərkəzi Bankı | |
---|---|
Yerləşməsi | |
40°10′33″ şm. e. 44°30′37″ ş. u.HGYO | |
Ölkə | |
Ünvan | İrəvan, Ermənistan |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 27 aprel 1993 |
Valyuta | Ermənistan dramı |
Digər məlumatlar | |
Saytı | www.cba.am |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir.
Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir.
Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Ermənistan Respublikasının Mərkəzi Bankının sədr müavinləri — Nerses Erisyan, Vaxtanq Abramyan.
Ermənistan Respublikasının Mərkəzi Bankının idarə heyətinin üzvləri — Oleq Aqasyan, Aşot Mkrtçyan, Artur Stepanyan, Armenak Darbinyan, Arxadiy Xaçatıryan.
Mərkəzi Bank Ermənistan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Mərkəzi Bank "Ermənistan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əsasən açağıdakı məqsədləri qarşıya qoyur[1]:
Ermənistan Mərkəzi Bankı plastik kart ödənişləri üçün milli ödəniş sisteminin təsisçisidir.