Ermənistan Respublikası Milli Statistika Xidmətinin (erm. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության) 1 yanvar 2011-ci ilə olan rəsmi məlumatına əsasən Ermənistan Respublikasının əhalisi 3,262,600 nəfərdir.[1] Ancaq 12–21 oktyabr 2011-ci il tarixində həyata keçirilmiş Ümumermənistan əhali siyahıyaalınmasının ilkin yekunlarına əsasən Ermənistanın ölkədə yaşayan və qeydiyyatda olan faktiki əhalisi (ölkə vətəndaşları və əcnəbilər) 2.871.509 nəfər, xaricdə yaşayan Ermənistan vətəndaşları da daxil olmaqla de-yuri əhalisi isə 3.285.767 nəfər olmuşdur.[2][3]
1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən Ermənistanda qeyd alınmış 2.724.975 etnik ermənidən 2.709.591 nəfəri, 160.841 nəfər azərbaycanlıdan 159.709 nəfəri, 70.336 rusdan 69.840 nəfəri, 50.822 kürddən 43.019 nəfəri, 6.183 assuriyalıdan isə 3.516 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi.[4]
2001-ci il siyahıyaalınmasına əsasən Ermənistan Respublikası əhalisinin 97,9%-ni ermənilər, qalan 2,1%-ni isə ruslar, yunanlar, ukraynalılar və s. etnik qruplar təşkil edir. Erməni Ortodoksluğu əsas dindir.
Etnik qrup | Sayı | Nisbəti | Ö.m.d.a.d.s. | E.d.a.d.s. | Y.d.a.d.s. | R.d.a.d.s. | U.d.a.d.s. | D.d.a.d.s. |
---|---|---|---|---|---|---|---|---|
cəmi | 3 213 011 | 100 % | 3 179 528 | 3 139 152 | 31 799 | 29 563 | 818 | 11 679 |
erməni | 3 145 354 | 97.9 % | 3 128 490 | 3 128 490 | 391 | 14 728 | 88 | 1 657 |
yezidi | 40 620 | 1.2 % | 31 310 | 5 278 | 31 310 | 230 | … | 3 802 |
rus | 14 660 | 0.4 % | 12 905 | 1 666 | … | 12 905 | 21 | 68 |
assuriyalı | 3 409 | 0.1 % | ** | *** | … | **** | ***** | ****** |
ukraynalı | 1 633 | * | 692 | 291 | … | 629 | 692 | 21 |
kürd | 1 519 | * | ** | *** | … | **** | ***** | ****** |
yunan | 1 176 | * | ** | *** | … | **** | ***** | ****** |
digər | 4 640 | 0.4 * | 6 131** | 3 427*** | 98 | 1 071**** | 17***** | 6 131****** |
2019-cu ildə Ermənistanda proqnozlaşdırılan 40.583 uşaq əvəzinə 35.448 uşaq dünyaya gəlib.[7]