Ermənistan bulqarları — Kubrat xanın ölümündən sonra Ermənistana köçən xalq.
Onların adına ilk dəfə Moisey Xorenlidə rast gəlinir. Ermənilər onları xanlarının adı ilə Vənəndlilər olaraq tanıyırdılar. Ermənistan Sasanilər və Roma imperiyası tərəfindən bölünəndən sonra bulqarlar heç bir bölgüyə qoşulmamış, Kür çayı vadisində öz qalalarında möhkəmlənmişdilər. IV Xosrov tərəfindən təqib olunan bulqarlar Suriya sərhəddinəcən enmişdilər. Xorenatsi bulqarların qeyri-adi cəsarətli bir xalq olduğunu qeyd edir.[1]
Vənəndlilər Ermənistan əsilzadə ailələri siyahısı olan "Qaxnamə"də 17-ci sırada qeyd olunmuşdur. Erməni tarixçi Yegişenin verdiyi məlumata görə Sasanilərin xristianlığı qadağan etməsinə etiraz edənlər arasında Vanandın bulqar yepiskopu Qad da olmuşdur.[2] Avarayr döyüşündə birləşmiş xristian ordularının 3-cü hissəsinə bulqar sərkərdə Tatul başçılıq edirdi. Sasanilərin həbs etdiyi əsilzadələr arasında Tatulun ailəsindən olan 3 bulqar da var idi. Edam olunan 6 din adamından biri də bulqar rahib Levond idi. Tarixçi Yegişe Vartan Mamikonyanın əsgərlərindən biri olmuşdur və döyüşün şahididir. Bolqar tarixçi Atanas Stomatova görə Tatul bir erməni adı deyil və onun Vənənddən olması bulqar olmasının isbatıdır.[3]
Vənənd hazırda Naxçıvan Muxtar Respublikasında Ordubad rayonunda yerləşir.
Erməni tarixçi Moisey Xorenlinin verdiyi məlumata görə bulqarların bir qismi sonradan erməniləşdi və bir hissəsi də "Bulqar ölkəsinə" geri qayıtdı.