Ermənistanda Prezident seçkiləri (2013)

2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləriErmənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı.

← 2008  Ermənistan  2018 →
Ermənistanda Prezident seçkiləri (2013)
18.02.2018
Namizəd Serj Sarqsyan Raffi Hovanisyan Hrant Bagratyan
Partiya Respublikan Partiyası İrs Partiyası Partiyasız
Səslər 861,160
(58.64 %)
539,672
(36.35%)
31,643
(2.15%)
Seçkilərin qalibi 3-cü prezident S. Sarqsyan

Seçkidən əvvəl vəziyyət

[redaktə | mənbəni redaktə et]

Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.

Sarqsyanın seçkilərdə əsas rəqibi R. Hovanisyan

Namizədlərin qeydiyyatı

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin dekabr ayında namizədlərin qeydiyyatı prosesi başlandı. 15 dekabr tarixində S. Sarqsyan seçkilərdə namizədliyini irəli sürdü. 25 dekabr tarixində L. Ter-Petrosyan seçkilərdə iştirak etməyəcəyini bildirdi. Namizədlərin qeydiyyatı 2013-cü ilin 4 yanvar tarixinə qədər aparılırdı. 15 potensial namizəd arasından 8 nəfər MSK tərəfindən rəsmən 2013-cü il prezident seçkilərində namizəd kimi qeydə alındı. Aram Harutyunyan namizədliyini irəli sürsədə fevral ayının 8-ində bir günlük aclıq aksiyasından sonra namizədliyini geri götürdü. Bununla da seçkilərdə 7 namizəd mübarizə apardı.

  • Serj Sarqsyan, Ermənistan Respublikasının 3-cü prezidenti, hakim Respublikan Partiyasının sədri.
  • Raffi Hovanisyan, Ermənistanın ilk Xarici İşlər Naziri (1991–1992).
  • Paruyr Ayrikyan, erməni siyasətçi.
  • Hrant Baqratyan, Azadlıq Partiyasının sədri, Ermənistanın baş naziri (1993–1996)
  • Andreas Ghukasyan, politoloq, radio direktoru.
  • Vardan Sedrakyan, Yomax eksperti.
  • Arman Melikyan, siyasətçi, 2008-ci il seçkilərində prezidentliyə namizəd.

Seçki kampaniyası

[redaktə | mənbəni redaktə et]

Seçki kampaniyasına 21 Yanvar 2013 tarixində start verildi. Kampaniya 16 Fevral tarixində başa çatacaq. 17 fevral sükut günüdür. Seçkilər 18 Fevral tarixində keçiriləcək.

Yanvarın 31-i gecə saatlarında prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd nəticəsində Ayrikyan güllə yarası aldı.

Seçki qabağı sorğuların nəticələri:

Mənbə
Sorğunun tarixi
Sarqsyan
Hovannisian
Bagratyan
Ayrikyan
Digərləri
İştirak edənlər
TNS opinion 31 Yanvar — 5 Fevral 2013
58
33 2.8 4.9 1.3 Qərar vermiş seçicilərdən
Baltic Surveys/The Gallup Organization 25 Yanvar — 2 Fevral 2013
69
11 5 5 10 Qərar vermiş seçicilərdən
VTSIOM 25–29 Yanvar
61
27 4 5 3 Qərar vermiş seçicilərdən
Baltic Surveys/The Gallop Organization 15–23 Yanvar
66
10 4 4 1.6 16% qərarsız idi
Eufoa 15–20 Yanvar
68.6
20.8 5 5 1.5 Qərar vermiş seçicilərdən
Sociometer Dekabr 2012
72
20 5.6 3 1.4 Qərar vermiş seçicilərdən

18 fevral tarixində keçirilən seçkilərdən sonra exit-polun nəticələri

The Baltic Surveys/The Gallup Organizationun keçirdiyi sorğulara əsasən S. Sarqsyan 58%, R. Hovanisyan 32% səs almışdı.

Seçkilərin ilkin nəticələri fevralın 19-unda açıqlandı. Seçkilərdə namizədlərin 60,05%-i iştirak etdi. S. Sarqsyan qalib gəldi. Seçkilərin yekun nəticələri gələn həftə təsdiq olunacaq.

Namizəd Partiya Səslər %
Serj Sarqsyan Respublikan Partiyası 861,160 58.64%
Raffi Hovanisyan İrs Partiyası 539,672 36.75%
Hrant Bagratyan Azadlıq Partiyası 31,643 2.15%
Paruyr Ayrikyan Milli Seçim Bloku 18,093 1.23%
Andreas Gusakyan Partiyasız 8,328 0.57%
Vardan Sedrakyan Partiyasız 6,203 0.42%
Arman Melikyan Partiyasız 3,516 0.24%
Ümumi 1,468,615 100%