Raffi Riçard Hovanisyan (erm. Րաֆֆի Հովհաննիսյան; 20 noyabr 1959, Fresno, Kaliforniya) — erməni siyasətçi, İrs Partiyasının sədri, 2013-cü il seçkilərində prezidentliyə namizəd.
Raffi Hovanisyan | |
---|---|
erm. Րաֆֆի Հովհաննիսյան | |
İrs Partiyasının sədri | |
Vəzifədədir | |
2002-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1959 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat |
Atası | Riçard Hovanisyan |
Dini | Erməni Həvari kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Raffi Hovanisyan 1959-cu ildə Kaliforniyanın Fresno şəhərində Riçard və Armenouhi Hovanisyanın ailəsində anadan olub. 1977-cu ildə Berkli Kaliforniya Universitetində politologiya fakültəsində təhsil almağa başlayıb. 1979-cu ildə Kaliforniya Universitetinin Los Angeles kampusuna "Ermənistan tarixi" fakültəsinə keçib. 1980–82-ci illərdə Fletçer institutunda təhsil alıb. Həmin illərdə Taft Universitetində Ermənistan Tarixi fənni üzrə dərslər verib. 1990-cı ildə ABŞ-dən Ermənistan-a köçüb və burada siyasi fəaliyyətə başlayıb. 1991–1992-ci illərdə Ermənistanın ilk Xarici İşlər Naziri olub. 2002-ci ildə İrs Partiyasının əsasını qoyub. 2007-ci və 2012-ci illərdə keçirilən parlament seçkilərində qalib gəlib və Ermənistan Parlamentinin üzvü seçilib. 14 yanvar 2013 tarixində Ermənistanın Prezident seçkilərinə namizədliyini irəli sürüb. 18 fevralda keçirilən seçkilərdə Hovanisyan rəsmi nəticələrə görə səslərin 36,75%-ni qazanıb və 7 namizəd arasında ikinci olub. Lakin Hovanisyan seçkilərdə məğlubiyyətini qəbul etməyib. Bundan sonra Ermənistanda mitinqlər başlayıb. Hovanisyan martın 2-si keçirilən mitinqdə Serj Sarqsyanın istefasını tələb edib və hətta müxalifətin müvəqqəti yeni hökumətini quracağını bildirib.